Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Bank

Baş data analitik

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İşiniz nədən ibarətdir? Yazılı texniki və funksional sənədlərin hazırlanması; Toplanmış məlumatları analiz edərək mövcud proses və ya sistemlərdə boşluqları, imkanları və çətinlikləri müəyyən etmək; Biznes tələblərini, proses mərhələlərini, ideyaları və istifadəçi hekayələrini aydın və sistemli şəkildə sənədləşdirmək üçün istinad və kommunikasiya təmin etmək; Biznes tələblərini funksional spesifikasiyalara çevirmək və texniki komandalarla sıx əməkdaşlıq edərək uyğun həllər hazırlamaq; Biznes məqsədlərinə uyğun praktik məlumatlar və nəticələr təqdim etmək; Biznes tələbləri əsasında mürəkkəb və böyük həcmli məlumatların aqreqasiyasını effektiv şəkildə əks etdirən interaktiv və inkişaf etmiş dashboardlar, həmçinin statistik və analitik hesabatlar hazırlamaq; Üst rəhbərliyin qərarverməsi və ideya formalaşdırması üçün hesabatlar yaratmaq; Korrelyasiya analizi və xüsusiyyət mühəndisliyi kimi məlumat araşdırma üsulları üzrə daha dərin biliklərə sahib olmaq; Məlumatın keyfiyyəti və strukturunu tam qiymətləndirmək üçün data profiling üsullarından istifadə edərək nümunələri, uyğunsuzluqları və potensial problemləri aşkar etmək; İntellektual məlumat analizi layihələrini başlanğıcdan sonadək idarə etmək; Təşkilatın uzunmüddətli məqsədlərinə uyğun intellektual məlumat analizi strategiyaları formalaşdırmaq; Modelin performansını daha dəqiq qiymətləndirmək üçün kros yoxlama tətbiq etmək; Böyük məlumat sistemlərindən istifadə etməklə məlumatların hazırlanması ilə məşğul olmaq; Minio və ya Spark kimi paylanmış hesablama texnologiyalarından istifadə edərək böyük məlumatları tələblərə uyğun hazırlamaq; Mürəkkəb məsələləri daha kiçik və idarə oluna bilən tapşırıqlara bölmək, proqramlaşdırma vasitəsilə effektiv həllər hazırlamaq; Məlumat təhlilinin bütün mərhələlərini idarə etmək; Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları yerinə yetirmək. Sizdən nə tələb olunur? İş təcrübəsi: 5 il; Məhsul bilikləri: Oracle BI Publisher, Oracle BI və ya Tableau və ya Power BI, Oracle FlexCube (əlavə), Oracle Administration Tool (əlavə), PL/SQL; Yumşaq bacarıqlar: yüksək kommunikasiya qabiliyyəti; Lisenziya/Sertifikat: Oracle PL/SQL program units, Oracle Sql Expert; Dil bilikləri: İngilis dili (əla), rus dili (yaxşı); Kompüter bilikləri: R və ya Python, Oracle PL/SQL, MS Office Excel. Vakansiya növü: Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.