Vakansiya haqqında
Təsvir
İnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və
etibarlılığını qiymətləndirmək;
Məlumatların yoxlanılması üçün test
ssenariləri hazırlamaq və icra etmək;
Müxtəlif məlumat mənbələrindən
daxil olan məlumatların keyfiyyətini qiymətləndirmək, uyğunsuzluqları müəyyənləşdirmək və
araşdırmaq;
Məlumat keyfiyyəti qaydalarını (Data Quality Rules)
hazırlamaq, tətbiq etmək və monitorinqini aparmaq;
Məlumat keyfiyyəti
problemlərinin kök səbəblərini (Root Cause) araşdırmaq və onların aradan qaldırılması üzrə təkliflər
hazırlamaq;
Məlumatların təmizlənməsi, standartlaşdırılması və
təkrarlanan məlumatların aşkarlanması üzrə avtomatlaşdırma həllərinin tətbiqində iştirak etmək;
Məlumat axınlarını, transformasiya mərhələlərini və inteqrasiya məntiqini anlamaq və
təsdiqləmək məqsədilə IT, inteqrasiya və biznes komandaları ilə əməkdaşlıq etmək;
Məlumat keyfiyyəti üzrə prosesləri, qaydaları, test ssenarilərini və nəticələri
sənədləşdirmək;
Məlumat keyfiyyətinin ölçülməsi üçün müvafiq
göstəricilərin (Data Quality Metrics) müəyyən edilməsi, monitorinqi və hesabatların hazırlanmasında iştirak
etmək.
Tələblər
Müvafiq sahə üzrə bakalavr təhsili;
Məlumatların idarə edilməsi, məlumat analitikası və ya əlaqəli sahələr üzrə minimum 1 il iş
təcrübəsi;
Məlumat keyfiyyəti (Data Quality) prinsipləri və məlumatların
yoxlanılması prosesləri haqqında anlayış;
SQL üzrə
biliklər;
Python və ETL prosesləri haqqında anlayış;
MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1)
bilmək;
Analitik və tənqidi düşünmə;
Problem həll etmə bacarığı;
Detallara diqqət və
dəqiqlik;
Effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
Qərarvermə bacarığı;
Təqdimat
bacarıqları;
Öyrənmə və dəyişikliklərə uyğunlaşma
qabiliyyəti;
Komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
