Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Life

Baş data analitik

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir Sığorta məhsulları üzrə müntəzəm və tələb əsasında analitik hesabatların hazırlanması; Sığorta məhsulları ilə bağlı data analitika proseslərində iştirak edilməsi; Biznes tərəflərlə, o cümlədən məhsul, aktuar və satış komandaları ilə birlikdə işləyərək analitik tələblərin dəqiqləşdirilməsi; Hazırda istifadə olunan hesabat və dashboard-ların keyfiyyətinə nəzarət edilməsi, təkrarlanan və ehtiyac olmayan hesabatların müəyyən olunaraq birləşdirilməsi; Yeni dashboard-ların data modelinin qurulması mərhələsindən etibarən hazırlanması; Satış lead-lərinin keyfiyyət və konversiya göstəricilərinə görə təhlili, zəif nəticə göstərən kanalların və seqmentlərin aşkarlanması; Kiçik analitiklərin işlərinin yoxlanılması və onların peşəkar inkişafına dəstək verilməsi; Mürəkkəb SQL sorğularının yazılması və onların performansının optimallaşdırılması; Power BI dashboard-larının hazırlanması, yenilənməsi və texniki dəstəyinin göstərilməsi. Tələblər İş təcrübəsi: Müvafiq sahədə 3–5 il iş təcrübəsi; Təhsil: Riyaziyyat, statistika, iqtisadiyyat, aktuar elmləri və ya əlaqəli ixtisaslar üzrə ali təhsil; Dil bilikləri: İngilis dili - yaxşı, Rus dili - yaxşı; Üstünlük: Sığorta sektorunda iş təcrübəsi. Kompüter və texniki biliklər MS Excel – əla səviyyədə; Power BI – əla səviyyədə; MS SQL (T-SQL) – əla səviyyədə; Python – əla səviyyədə. Vakansiya növü Tam ştat İmtiyazlar Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri; Kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası; Fərdi inkişaf planı üzrə təlim imkanları; Ödənişsiz dayanacaq; “Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər; İdman və sağlamlıq xidmətlərindən istifadə imkanı. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.