Vakansiya haqqında
Təsvir
Bağçılıq və istehsalat üzrə illik və mövsümi əməliyyat planlarını hazırlamaq və
icrasına nəzarət etmək;
Aqronomik tədbirlərin, suvarma, gübrələmə, budama
və bitki mühafizəsi işlərinin planlaşdırılmasını koordinasiya etmək;
Bitkilərin inkişaf mərhələlərini izləmək və plandan kənarlaşmaları müəyyən
etmək;
Məhsul yığımı dövrü üzrə vaxt qrafikini, işçi qüvvəsi, texnika və
logistika ehtiyaclarını planlaşdırmaq;
Məhsul yığımının gündəlik və
həftəlik icrasını izləmək və hesabatlar hazırlamaq;
Kənd təsərrüfatı
texnikalarının əməliyyat mərhələlərinə uyğun hazırlığını və əlçatanlığını koordinasiya etmək;
Bağlar üzrə su sərfiyyatını izləmək, suvarma səmərəliliyini təhlil etmək və təkmilləşdirmə
təklifləri vermək;
Əmək məhsuldarlığı, texnikadan istifadə, hektara və
ton başına düşən xərclər üzrə göstəriciləri təhlil etmək;
Aylıq əməliyyat
hesabatlarını hazırlamaq, istehsalat göstəricilərini və mövcud riskləri rəhbərliyə təqdim
etmək;
Məhsul yığımı həcmlərinin emal müəssisəsinin istehsal gücünə uyğun
planlaşdırılmasını təmin etmək;
Kommersiya və digər struktur bölmələri
istehsal həcmləri və məhsul yığımının vaxtı barədə məlumatlandırmaq;
Əməliyyat proseslərində səmərəliliyin artırılması və resurslardan optimal istifadəyə dair
təkliflər hazırlamaq.
Tələblər
Aqronomluq, kənd təsərrüfatı, istehsalatın idarə edilməsi və ya əlaqəli sahədə ali
təhsil;
Kənd təsərrüfatı əməliyyatları, təsərrüfat idarəçiliyi və ya
istehsalatın planlaşdırılması sahəsində minimum 3-5 il iş təcrübəsi;
Bağçılıq və çoxillik bitkilərin yetişdirilməsi sahəsində təcrübə
üstünlükdür;
İllik və mövsümi istehsalat planlarının hazırlanması və
icrası üzrə biliklər;
Suvarma sistemləri və su resurslarından səmərəli
istifadə üzrə biliklər;
Kənd təsərrüfatı texnikaları və mexanikləşdirmə
prosesləri haqqında məlumatlılıq;
Excel və hesabatlılıq alətləri üzrə
yaxşı bilik;
Məlumatların təhlili və plan-fakt müqayisələrinin aparılması
bacarığı;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Təlim
dəstəyi
Könüllü tibbi sığorta (bütün ailə üzvlərini əhatə
edən)
Servislə təmin olunur
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
