Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Insurance

Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı mütəxəssis

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: Staffy.az

Vakansiya haqqında

PAŞA Sığorta ASC namizədləri Debitorlar hesablaşmalarına nəzarət üzrə aparıcı mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Bu vəzifə, şirkətin debitor borclarının effektiv idarə olunması, ödəmələrin vaxtında alınmasının təmin edilməsi və bütün müvafiq əməliyyatların dəqiq qeydiyyatının aparılması üçün məsuliyyət daşıyır. Aparıcı mütəxəssis olaraq siz, gəlirlərin təmin edilməsi məqsədilə hesabatların yoxlanılması, uyğunsuzluqların aradan qaldırılması və proseslərin təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsində mühüm rol oynayacaqsınız. Öhdəliklər Müştəri hesabları, hesab-fakturalar, sığorta haqları və ödənişlər üzrə debitor hesablaşmalarını idarə etmək, müştərilərin sorğularını araşdıraraq operativ həllini təmin etmək. Debitor borclarını gündəlik izləmək, gecikmiş və riskli borcları müəyyənləşdirmək, borcların vaxtında ödənilməsi üçün müştərilər və aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək. Müştərilərdən gözlənilən daxilolmalar üzrə həftəlik və aylıq proqnozlar hazırlamaq, faktiki nəticələri təhlil etmək və pul axınının planlaşdırılmasına dəstək göstərmək. Müştəri hesablarında yaranan kredit qalıqlarını, artıq və ya əsassız ödənişləri araşdırmaq və onların düzgün tənzimlənməsini təmin etmək. Debitor hesablaşmaları üzrə məlumatların düzgünlüyünü təmin etmək, proseslərin təkmilləşdirilməsi və avtomatlaşdırılması təşəbbüslərində iştirak etmək. Debitor borclarının müəyyən edilmiş müddətlərdə ödənilmədiyi hallarda sığorta şəhadətnamələri üzrə xitam prosesini həyata keçirmək. Azərbaycan Respublikası Mərkəzi Bankına təqdim olunan prudensial və digər tənzimləyici hesabatların hazırlanmasında iştirak etmək, aidiyyəti məlumatların düzgünlüyünü təmin etmək. Birbaşa rəhbərin vəzifə fəaliyyətinə uyğun digər tapşırıqlarını yerinə yetirmək. Bilik və Bacarıqlar Sığorta qanunvericiliyi üzrə yaxşı biliklər; MS Office proqramları (Excel, Word, PowerPoint, Power BI) üzrə biliklər; Komandada işləmək və güclü ünsiyyət bacarıqları; Vaxtın idarə olunması bacarığı; Məlumatların məxfiliyini qorumaq bacarığı; Detallara diqqət və analitik düşüncə; Təşəbbüskarlıq və problemləri həll etmə bacarığı; Stresə davamlılıq; ACCA (F3) sertifikatı arzuolunandır; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və Təcrübə Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat); Sığorta, maliyyə, bank və ya müştəri xidmətləri sahəsində 3 il iş təcrübəsi. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis

Veysəloğlu MMC

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Hüquq və Uyğunluq (Compliance)
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.