Vakansiya haqqında
"Veysəloğlu" MMC İnsan Kapitalı və Təşkilati İnkişaf Direktorluğunda, "Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Vəzifə öhdəlikləri:
Daxili nəzarət, daxili audit, təftiş və ya risklərin idarəedilməsi sahəsində praktiki iş təcrübəsi;
Distribusiya, FMCG, pərakəndə satış və ya oxşar əməliyyat mühitində təcrübə üstünlükdür;
Daxili nəzarət və yoxlama metodologiyaları üzrə praktiki biliklər;
Biznes proseslərinin və mövcud nəzarət mexanizmlərinin təhlili üzrə praktiki bacarıq;
Risk, nəzarət boşluğu və uyğunsuzluqları müəyyən etmək bacarığı;
Yoxlama zamanı fakt və sübutların toplanması, təhlili və nəticələrin əsaslandırılması bacarığı;
Aşkarlanmış uyğunsuzluqların kök səbəbinin (Root Cause Analysis) müəyyən edilməsi bacarığı;
Düzəldici və preventiv tədbirlərin hazırlanması və icrasının izlənilməsi üzrə bilik;
Prosedur və iş axışlarının təhlili, çatışmazlıqların müəyyənləşdirilməsi və təkmilləşdirmə təkliflərinin hazırlanması bacarığı;
Microsoft Excel proqramında yaxşı səviyyədə işləmək və məlumatların təhlili bacarığı;
SAP proqramında işləmək bacarığı üstünlükdür;
Böyük həcmli məlumatların təhlili və uyğunsuzluqların müəyyən edilməsi bacarığı;
Yoxlama nəticələri üzrə peşəkar hesabat və analitik təqdimat hazırlamaq bacarığı;
Analitik və risk əsaslı düşüncə tərzi;
Diqqətlilik, obyektivlik, və məxfilik;
Yüksək ünsiyyət və əməkdaşlıq bacarıqları;
Sahə yoxlamaları və ezamiyyətlərdə iştirak etməyə hazır olmaq.
Tələblər:
Ali (İqtisadiyyat, Menecment, Mühasibat Uçotu, Maliyyə və Audit); CIA, ACCA/CPA ixtisas dərəcələrinin mövcudluğu üstünlük hesab edilir;Məsuliyyətlilik, operativlik, diqqətcil, ünsiyyət bacarığı; problem həll etmə, analitik düşünmə bacarığı;
Maliyyə, mühasibatlıq, daxili audit, xarici audit, təftiş, inventarizasiya və ya digər oxşar sahələrin idarə etməsində ən azı 3 illik təcrübə;
Azərbaycan dilini əla bilməli, ingilis və rus dillərində sərbəst danışıq və yazı qabiliyyəti arzu olunandır;
MS Office (Word və Excel), xüsusi ilə Excel proqramında təhlil və analitik işləmə bacarığı, Mikro sistemlərindən və əl terminallarından istifadə etmək;
SAP biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Daxili Nəzarət üzrə Aparıcı Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
