Vakansiya haqqında
Vəzifə funksiyaları:
Layihələr üzrə müqavilə və kommersiya məlumatlarının təhlilində dəyərləndirmə komandasına dəstək göstərmək.
Müqavilə qiymətlərini, layihə büdcələrini və zəruri hallarda ayrı-ayrı iş paketləri üzrə qiymətləri təhlil etmək.
Layihə sənədləri və müqavilə tələbləri əsasında yerinə yetirilmiş işlərin həcmlərini ölçmək, yoxlamaq və nəticələri təhlil etmək.
Tender və sorğu sənədlərində təqdim olunan iş həcmlərinin layihə tələblərinə və texniki sənədlərə uyğunluğunu yoxlamaq.
Podratçılar tərəfindən təqdim olunan qiymət təkliflərini və ilkin xərc hesablamalarını araşdırmaq, kommersiya baxımından qiymətləndirmək.
Tender və sorğular üzrə maliyyə təkliflərinin müqayisəli təhlilini aparmaq və nəticələr əsasında hesabatlar hazırlamaq.
Tender/sorğu mərhələsindən əvvəl layihələr üzrə ilkin xərc və qiymət hesablamalarının hazırlanmasında iştirak etmək.
İlkin, aralıq və yekun ödəniş sənədlərini, dəyişikliklərlə bağlı sənədləri və layihə üzrə irəliləyiş məlumatlarını birbaşa rəhbərlə birlikdə yoxlamaq.
Podratçıların təqdim etdiyi maliyyə və xərc nəzarəti hesabatlarını təhlil etmək və müqavilə göstəriciləri ilə uyğunluğunu yoxlamaq.
Təqdim olunan hesab-fakturaların müqavilə şərtlərinə, təsdiq edilmiş iş həcmlərinə və digər ödəniş tələblərinə uyğunluğunu qiymətləndirmək.
Layihələr üzrə pul vəsaitlərinin hərəkəti (Cash Flow) proqnozlarının hazırlanmasında iştirak etmək və müvafiq hesabatları rəhbərliyə təqdim etmək.
Layihələrin maliyyə və kommersiya göstəricilərinin monitorinqində iştirak etmək.
Podratçıların irəli sürdüyü iddia və əlavə ödəniş tələblərini araşdırmaq, onların yaranma səbəblərini və maliyyə təsirlərini təhlil etmək.
İddialar üzrə aparılmış təhlillərin nəticələrini sistemləşdirmək və rəhbərliyə təqdim etmək.
Layihələrin dəyərləndirilməsi və kommersiya qiymətləndirilməsi prosesində layihə komandası ilə koordinasiyalı şəkildə zəruri hesablamaları və yoxlamaları həyata keçirmək.
Layihələr üzrə maliyyə planlarının hazırlanmasında iştirak etmək, faktiki nəticələrə və layihənin gedişatına uyğun olaraq planları mütəmadi yeniləmək.
Layihə üzrə kommersiya, xərc və ödəniş məlumatlarının dəqiqliyinin təmin edilməsində iştirak etmək.
Vəzifəyə olan tələblər:
Ali təhsil- İnşaat, mühəndislik,iqtisadiyyat üzrə bakalavr və ya ekvivalent dərəcə.
Müvafiq vəzifədə ən az 4 il təcrübə.
Mülki tikinti və ya tikinti layihələrinin kommersiya/xərc idarəetməsi sahəsində təcrübə üstünlükdür
Azərbaycan, İngilis dillərində şifahi və yazılı ünsiyyət, Rus dili biliyi arzu olunandır.
Təşkilati idarəetmə, planlama, və təşkiletmə bacarığı;
Əmək şəraiti:
İş qrafiki: 6 gün
Nahar şirkət tərəfindən təmin edilir
İş yeri: 8 Noyabr pr
Əmək Haqqı: 3000-4000 AZN net
Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
