Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Elektron əməliyyatların monitorinqi komandası işinin təşkili və idarə olunması,
Beynəlxalq Ödəniş Sistemlərinin qaydalarına və bankın daxili prosedurlarına uyğun şəkildə;
Bank kartları ilə fırıldaqçılıq səviyyəsinin göstəricilərinin təhlili və nəzarəti,
tendensiyaların, ssenarilərin və yeni fırıldaqçılıq sxemlərinin müəyyənləşdirilməsi, həmçinin onların
minimallaşdırılması üçün tövsiyələr və fəaliyyət planının hazırlanması;
Fırıldaqçılıq insidentləri və şöbənin fəaliyyəti üzrə hesabatların daxili normativlərə və
Mərkəzi Bankın tələblərinə uyğun tərtib edilməsi və təqdim olunması;
Antifraud qaydalarının və monitorinq məntiqinin hazırlanmasında iştirak, antifraud
sistemlərində preventiv mexanizmlərin tətbiqi;
Komandanın KPI
göstəricilərinə nəzarət, o cümlədən reaksiyanın vaxtında verilməsi, fırıldaqçılığın qarşısının alınma səviyyəsi və
müraciətlərin keyfiyyətli emalı üzrə;
Komandanın təlimi və inkişafı:
təlimlərin təşkili, skript və qaydaların yenilənməsi, əməkdaşların ixtisasartırma sahələrinin müəyyən edilməsi,
təlimatların hazırlanması;
Motivasiya sistemlərinin işlənib hazırlanması
və əməkdaşların fəaliyyətinin müntəzəm qiymətləndirilməsi, KPI göstəricilərinə nəzarət və peşəkar inkişaf üçün fərdi
görüşlərin təşkili;
Qeyri-standart hallara (kütləvi hücumlar, kritik
nasazlıqlar və s.) operativ reaksiya, araşdırmaların aparılması, digər bölmələrlə koordinasiya.
Tələblər:
Ali (və ya natamam ali) təhsil – iqtisadiyyat, maliyyə və ya oxşar sahələr
üzrə;
Bank və ya fintex sahəsində elektron əməliyyatların monitorinqi və
ya müraciətlərin emalı üzrə azı 1,5 il iş təcrübəsi;
İnternet-ekvayrinqin
və bank kartları ilə ödəniş proseslərinin (o cümlədən CNP əməliyyatları, 3DS, çarcbek prosedurları) işləmə
prinsiplərinin bilikləri;
İngilis dili biliyi – ən azı Upper Intermediate
səviyyəsində;
Proaktiv mövqe, çeviklik, məsuliyyətə hazır olmaq,
dəyişikliklər və transformasiyalarda təşəbbüskarlıq;
Yüksək idarəetmə və
kommunikasiya bacarıqları, komandaya motivasiya vermək və onu inkişaf etdirmək qabiliyyəti;
Yüksək səviyyədə özünü təşkil etmə, analitik düşüncə, böyük həcmli məlumatlarla işləmək və
qeyri-müəyyən şəraitdə əsaslandırılmış qərarlar qəbul etmək bacarığı;
Şifahi və yazılı ünsiyyət bacarıqları: məlumatı aydın və strukturlaşdırılmış şəkildə
çatdırmaq, analitik müzakirələr aparmaq və kross-funksional komandalarla əməkdaşlıq etmək
bacarığı.
Üstünlük veriləcək namizədlər:
Startap mühitində (xüsusən yüksək avtomatlaşdırılmış mühitdə) iş
təcrübəsi;
Sürətlə dəyişən və ya startap şəraitində proseslərin sıfırdan
qurulması təcrübəsi;
İT komandaları ilə əməkdaşlıq və antifraud
həllərinin tətbiqində iştirak təcrübəsi.
Maraqlanannamizədləröz CV-lərini Müraciətetdüyməsindəqeydolunanelektronpoçtünvanınagöndərəbilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
