Vakansiya haqqında
Gallco Construction & Engineering Texniki Ofis Rəhbəri (Sənaye binaları və metal konstruksiya üzrə) vakansiyas;n elan edir!
Əsas vəzifələr:
Texniki ofisin işini qurmaq, komandaya rəhbərlik etmək
Layihə və işçi çertyojlarını yoxlamaq, uyğunsuzluqları icradan əvvəl aşkar etmək
Metraj, BOQ və smeta hazırlamaq, tender təkliflərinin texniki hissəsini idarə etmək
Metal konstruksiya üçün emalat (shop drawing) və montaj sənədlərinin hazırlanmasına nəzarət etmək
İş qrafikini hazırlamaq, plan-fakt izləməsi aparmaq
Material və texniki şərtləri təsdiqləmək, satınalma üçün tələbatı vaxtında vermək
Subpodratçıların işlərini qəbul etmək, hesablaşma aktlarını yoxlamaq
İcra sənədlərini, gizli iş aktlarını və as-built çertyojları tam və vaxtında təhvil vermək
Sifarişçi, layihəçi və sahə rəhbərləri ilə texniki məsələləri həll etmək
Əlavə işləri və layihə dəyişikliklərini sənədləşdirmək
Vacib tələblər:
Mülki və ya sənaye-mülki tikinti üzrə ali təhsil
Tikinti sahəsində ən azı 7 il təcrübə, bunun ən azı 3 ili texniki ofisdə rəhbər və ya aparıcı mütəxəssis kimi
Sənaye binaları (zavod, anbar, istehsalat, logistika mərkəzi) layihələrində real iştirak
Metal konstruksiya üzrə praktiki bilik: kolon, ferma, tir, birləşmə qovşaqları, qaynaq və boltlu birləşmələr, montaj ardıcıllığı
Qazma və torpaq işləri, özül, anker bolt, armatur, qəlib, beton və sənaye döşəməsi üzrə praktiki bilik
Tikinti norma və standartlarını bilmək
AutoCAD və MS Excel üzrə sərbəst iş bacarığı
MS Project və ya Primavera P6 ilə iş təcrübəsi
Azərbaycan dilini mükəmməl, rus və ya ingilis dilini texniki sənədləri oxuyacaq səviyyədə bilmək
Üstünlüklər:
Sendviç panel, trapez dam və fasad sistemləri üzrə təcrübə
Tekla Structures və ya Advance Steel çertyojlarını oxumaq bacarığı
Xarici podratçı şirkətlərdə iş təcrübəsi
Diqqət: Təcrübəsi yalnız yol, körpü, su-kanalizasiya və ya infrastruktur layihələri ilə bağlı olan namizədlərin müraciətinə baxılmayacaq.
Təklif edirik:
• Əmək haqqı: 5000 AZN
• İş qrafiki: I – IV günlər, 09:00-18:00
CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu hissəsində "Texniki Ofis Rəhbəri" yazaraq göndərin. Məktubda bu suallara qısa cavab verin:
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
