Vakansiya haqqında
İş mühiti və Vəzifə öhdəlikləri:
Məsləhətçi qurumda çalışacaq;
Forma 2 və Forma 3-lərin (hakedişlərin) yoxlanılması və təhlili;
İş həcmlərinin (BoQ) və layihə sənədlərinin yoxlanılması;
İşlərin gedişatına uyğun olaraq müvafiq cədvəllərin və yazışmaların aparılması;
İş regionlardadır — Qarabağ bölgəsində yerləşən layihələrdə həyata keçiriləcək.
Namizədə olan tələblər:
Müvafiq sahə üzrə ali təhsil (İnşaat mühəndisliyi və ya əlaqədar texniki ixtisaslar üzrə);
İnşaat sektorunda texniki ofis mühəndisi kimi azı 3 il iş təcrübəsi;
MS Office (xüsusilə səviyyəli Excel) proqramlarını mükəmməl səviyyədə bilmək; AutoCAD proqram biliklərinə sahib olmaq böyük üstünlükdür;
Forma 2, Forma 3 sənədlərinin hazırlanması, yoxlanılması və smeta sənədləri ilə işləmə bacarığı;
Komandada işləmək bacarığı, məsuliyyətlilik və analitik düşünmə qabiliyyəti.
Ümumi Şərtlər:
İş rejimi: Qrafikə uyğun (regionlarda rotasiya və ya tələb olunan rejim);
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma yolu ilə.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
