Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Tikinti layihələri üzrə texniki sənədləşmə işlərini həyata keçirmək;
Layihə çertyojlarını və texniki sənədləri nəzərdən keçirmək, uyğunluğunu yoxlamaq;
Tikinti-quraşdırma işlərinin həcmlərini hesablamaq və smeta sənədlərini hazırlamaq;
Görülmüş işlər üzrə Forma-2 sənədlərini hazırlamaq və podratçılardan daxil olan sənədləri yoxlamaq;
Faktiki iş həcmlərini layihə və smeta göstəriciləri ilə müqayisə etmək;
Podratçı və subpodratçıların təqdim etdiyi iş həcmlərinə və ödəniş sənədlərinə (hakediş) nəzarət etmək;
Satınalma sifarişlərinin, müqavilələrin və ödəniş sənədlərinin müvafiq prosedurlara uyğunluğunu izləmək;
Texniki hesabatların, aktların və digər layihə sənədlərinin hazırlanmasını təmin etmək;
Layihə rəhbərləri, sahə mühəndisləri və digər struktur bölmələri ilə koordinasiyalı işləmək;
Texniki sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.
Namizədə tələblər
Memarlıq, inşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə ali təhsil;
Tikinti sahəsində texniki ofis və sənədləşmə üzrə minimum 3 il iş təcrübəsi;
Layihə çertyojlarını oxumaq və iş həcmlərini hesablamaq bacarığı;
Smeta və Forma-2 sənədlərinin hazırlanması üzrə praktiki təcrübə;
Podratçıların iş həcmlərinin və ödəniş sənədlərinin yoxlanılması üzrə biliklər;
AutoCAD və MS Office (xüsusilə Excel) proqramlarında işləmək bacarığı;
Analitik düşünmə, diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
