Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

OBA marketlər şəbəkəsi →

Çörək kateqoriyası üzrə texnoloq

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Təsvir İstehsalat və texnologiya tərəfi Çörək, baton, lavaş, bulka, kruassan, piroq, keks, peçenye, suxari və digər un məmulatlarının istehsal sahələrini, zavoddaxili xətləri və texnoloji proseslərini yaxşı bilməklə tərəfdaş fabriklərdə istehsala peşəkar nəzarət etmək. Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji göstəricilərini dəqiq bilmək, təqdim olunan məhsulun keyfiyyətinin standartlara uyğunluğunu texnoloji baxımdan yoxlamaq: nəmlik, turşuluq, xəmirin qalxması, həcmi, məsaməlilik, tekstura və digər parametrlər. Buğda unu, maya, duz, şəkər, yağlar, süd məhsulları, yumurta məhsulları, yaxşılaşdırıcılar, fermentlər və digər xammallar üzrə bazar məlumatlarını təhlil etmək, istehsalçı ilə texniki ünsiyyət qurmaq və keyfiyyətin gizli azalması risklərinin qarşısını almaq. Satınalma və kommersiya tərəfi Çörək və un məmulatları kateqoriyası üzrə satınalma yanaşmasını formalaşdırmaq və şirkət üçün kommersiya baxımından ən əlverişli marjanı təmin etmək. İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri üzrə müqavilələri optimal şərtlərlə razılaşdırmaq. Xammal, qablaşdırma, istehsal, enerji, əmək, logistika və digər xərcləri təhlil edərək əsaslandırılmış və səmərəli maya dəyəri formalaşdırmaq. İş qrafiki: 5 gün, 09:00-18:00 Namizədə olan tələblər Ali təhsil: Qida mühəndisliyi, qida texnologiyası, çörək və un məmulatlarının texnologiyası, taxıl və taxıl məhsullarının texnologiyası və ya uyğun texniki ixtisas. Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma və ya kateqoriya idarəetməsi üzrə minimum 5 il iş təcrübəsi, bunun ən azı 2 ili rəhbər vəzifədə olmaqla; çörək, un məmulatları, un və ya qənnadı məhsulları sahəsində texnoloq, istehsalat və ya keyfiyyət istiqamətində təcrübə arzuolunandır. Sektor və bazar biliyi: Çörək və un məmulatları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək. Xammal bilikləri: Buğda unu, maya, duz, şəkər, bitki və heyvan mənşəli yağlar, süd məhsulları, yumurta məhsulları, gluten, fermentlər, yaxşılaşdırıcılar və digər xammalların xüsusiyyətlərini bilmək. Texnoloji proses: Xammalın qəbulu və hazırlanması, dozalanma, xəmirin hazırlanması və yoğrulması, fermentasiya, formalaşdırma, mayalandırma, bişirmə, soyutma, dilimləmə və qablaşdırma mərhələlərini bilmək. Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, allergenlərin idarə edilməsi, çörək xəstəlikləri, kiflənmə, saxlanma şəraiti və müddəti, həmçinin fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik. Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı. Dil bilikləri: Azərbaycan dili – mükəmməl, ingilis və ya rus dili – mütləq. Şəxsi keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma, liderlik və komanda idarəetməsi, analitik yanaşma və qərarvermə bacarığı. Vakansiya növü Tam ştat İmtiyazlar Nahar təminatı Nəqliyyat xidməti Karyera yüksəlişi Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Texnoloq

Avrora

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İstehsalat, tikinti və təmir
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.