Vakansiya haqqında
Təsvir
İstehsalat və texnologiya istiqaməti
Çay kateqoriyasına aid məhsulların istehsal prosesinə peşəkar nəzarət etmək; qara çay, yaşıl çay, aromatlaşdırılmış çaylar, bitki çayları və müxtəlif çay qarışıqları üzrə zavod daxili xətləri və texnoloji mərhələləri dərindən bilmək.
Məhsulun resepturasını, istifadə olunan çay xammalının növlərini, keyfiyyət göstəricilərini, yarpaq ölçülərini, blend tərkibini və formulunu dəqiq anlamaq; istehsal olunan məhsulun dad, qoxu, rəng və dəmlənmə xüsusiyyətlərinin standartlara uyğunluğunu texnoloji baxımdan yoxlamaq.
Çay xammalının növlərini, mənşəyini və bazar dəyərlərini təhlil etməklə istehsalçılarla texniki əlaqə qurmaq, keyfiyyətin gizli şəkildə azalması risklərinin qarşısını almaq.
Satınalma və kommersiya istiqaməti
Çay kateqoriyası üzrə satınalma strategiyasını formalaşdırmaq və şirkət üçün kommersiya baxımından ən yüksək marjanı təmin etmək.
İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika və təchizat zənciri üzrə danışıqları aparmaq, ən uyğun kommersiya şərtlərini razılaşdırmaq.
İstehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərinin formalaşdırılmasına nəzarət etmək.
İş qrafiki: 5 gün, 09:00-18:00
Namizədə tələblər
Təhsil: Ali təhsil (Qida mühəndisliyi, qida texnologiyası, kimya texnologiyası, aqrar sahə və ya müvafiq texniki ixtisas).
Təcrübə: Retail, FMCG və ya qida sektorunda satınalma / kateqoriya idarəetməsi üzrə minimum 5 il iş təcrübəsi; bunun ən az 2 ili rəhbər vəzifədə olmalıdır. Çay, qida və ya FMCG sahəsində birbaşa istehsalat, çay fabriki, texnoloq, istehsalat və ya keyfiyyət sahəsində təcrübə üstünlükdür.
Sektor və bazar biliyi: Çay sənayesinin istehsalat və texnoloji qaydalarını, eləcə də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini yaxşı bilmək.
Çay xammalı üzrə bilik: Qara və yaşıl çay xammalının növləri, yarpaq ölçüləri, keyfiyyət göstəriciləri, mənşə ölkələri, blend hazırlanması və məhsulun dad-aroma xüsusiyyətləri barədə praktiki biliklərə malik olmaq.
Keyfiyyət və qida təhlükəsizliyi: BRCGS, FSSC 22000, ISO 22000, GLOBAL.G.A.P., HACCP prinsipləri, sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə sahib olmaq.
Təchizatçı təcrübəsi: Yerli və xarici çay istehsalçıları, təchizatçılarla işləmə, fabrik auditləri aparma və məhsul keyfiyyətini qiymətləndirmə təcrübəsi.
Dil bilikləri: Azərbaycan dili mükəmməl, ingilis və ya rus dili mütləqdir.
Şəxsi keyfiyyətlər: Strateji düşüncə və planlaşdırma, liderlik və komanda idarəetməsi, analitik yanaşma və çevik qərarvermə bacarığı.
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Nahar təminatı
Nəqliyyat xidməti
Karyera inkişafı
Maraqlanan namizədlər müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
