Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri
Məhsulları laboratoriya yoxlanışına yönləndirir və nəticələrin izlənməsini təmin edir;
Tələblərə uyğun olaraq məhsul reseptlərinin tərkibində dəyişikliklər edir;
Hər iki növbə üzrə laboratoriya nəticələrini və hesabatlarını təhlil edir;
Məhsulun keyfiyyətinə dair sənədləri standartlara uyğun şəkildə hazırlayır;
Məhsul etiketindəki mətn dəyişikliklərini hazırlayır və rəhbərini məlumatlandırır;
Avadanlıqda məhsul çeşidi dəyişərkən, istər spirtli, istərsə də spirtsiz məhsullar üzrə gigiyenik təmizliyi həyata keçirir;
Xammal sərfiyyatı ilə bağlı məlumatları müəyyənləşdirir və aktlaşdırır;
Məhsulun keyfiyyətinə dair sənədləri standartlara uyğun şəkildə hazırlayır;
Avadanlıqların və istehsal sahəsinin təmizliyinə nəzarət edir.
Tələb olunan təhsil, iş təcrübəsi
Təhsil: Ali təhsil, Kimya və Qida mühəndisliyi ixtisası üzrə;
İş təcrübəsi: Texnoloq istiqaməti üzrə minimum 1 il iş təcrübəsi; istehsal sahəsində təcrübə üstünlükdür.
İş şərtlərimiz
İş qrafiki: Növbəli;
İş yeri: Abşeron ray, Hökməli qəs, Avrora Sənaye Parkı.
Biz nə təklif edirik
Əmək bazarına uyğun rəqabətli əməkhaqqı;
Peşəkar komanda mühiti;
Şirkət hesabına korporativ nömrə;
Nahar təminatı.
Göstərilən tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “Texnoloq” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
