Vakansiya haqqında
Əsas vəzifələr
Layihə və konstruktor sənədlərinin ISO, GOST və digər müvafiq standartlara uyğunluğunu yoxlamaq;
Konstruktor sənədlərinin texnolojiliyini təhlil etmək və müvafiq rəylər hazırlamaq;
Detalların emalı və cihazların yığılması üçün zəruri alət, tərtibat və ölçü vasitələrinin seçilməsində iştirak etmək;
İstehsalatda texnoloji intizama və müəyyən edilmiş texnoloji rejimlərə nəzarət etmək;
Material, alət və vaxt normalarını hesablamaq;
İstehsalat zamanı yaranan qüsurları təhlil etmək, səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün texnoloji tədbirlər hazırlamaq.
Tələblər
Cihazqayırma, Xüsusi Texnika və Texnologiyalar, Maşınqayırma mühəndisliyi və ya uyğun sahə üzrə ali texniki təhsil;
Müvafiq sahədə minimum 5 il iş təcrübəsi;
Mexaniki emal texnologiyaları üzrə dərin biliklər;
Dəqiqlik sinifləri, dözümlülüklər, oturtmalar və səth kələ-kötürlüyü üzrə biliklər;
Çoxoxlu universal və CNC dəzgahlarının, o cümlədən torna və Swiss-type dəzgahlarının iş prinsiplərini bilmək;
Ölçmə və nəzarət vasitələrindən istifadə bacarığı;
SolidWorks, AutoCAD və ya digər CAD proqramlarında işləmək bacarığı.
Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi
20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.
İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
