Vakansiya haqqında
Tikinti sahəsində fəaliyyət göstərən, dinamik inkişaf edən şirkətimiz komandamıza Tikinti üzrə Mühasib axtarır. Əgər siz də peşəkar bir mühitdə çalışmaq və biliklərinizi inkişaf etdirmək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik.
🔹 Vəzifə öhdəlikləri:
· Tikinti layihələri üzrə gəlir və xərclərin uçotunun aparılması
· Forma 2, Forma 3 və digər tikinti sənədlərinin yoxlanılması və uçotu
· Material və anbar uçotuna nəzarət
· Podratçı və subpodratçılarla hesablaşmaların aparılması
· Akt, müqavilə və smeta sənədlərinin mühasibatlıq baxımından yoxlanılması
· Əmək haqqı hesablanması və işçi müqavilələrinin uçotu
· Vergi və DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
· Bank əməliyyatlarının icrası və nəzarəti
· Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim edilməsi
🔹 Tələblər:
Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
Tikinti sahəsində minimum 2-3 il iş təcrübəsi
1C və ya digər mühasibatlıq proqramlarını yaxşı səviyyədə bilməli
Excel proqramında sərbəst işləmək bacarığı
Vergi qanunvericiliyini bilməli
Forma 2 və Forma 3 sənədləri ilə işləmə təcrübəsi
Analitik düşüncə və məsuliyyətlilik
🔹 Üstünlük veriləcək:
Tikinti layihələri üzrə büdcə planlaması təcrübəsi
Audit yoxlamaları ilə işləmə təcrübəsi
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş günləri: Həftənin 6 günü
İş saatları: 10:00–19:00
Əməkhaqqı: 2000
Rəsmi əmək müqaviləsi
Peşəkar və işgüzar əmək mühiti
Qeyd: Vakansiyaya uyğun olmayan cv-lərə geri dönüş olunmayacaq.
kovaagroup24@gmail.com və ya 0705411602 wp nömrəsinə mesajla cv göndərə bilərsiz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
