Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Aylıq, rüblük və illik vergi, DSMF və statistika hesabatlarının hazırlanması, həmçinin aidiyyəti dövlət orqanlarına təqdim olunması;
Nağd və qeyri-nağd pul axınlarının planlaşdırılması və nəzarətdə saxlanılması;
Vergi ilə bağlı əməliyyatların icrası və bütün vergi hesabatlarının vaxtında göndərilməsi;
Vergi risklərinin qiymətləndirilməsi və vergi planlaşdırmasının həyata keçirilməsi;
Aylıq hesabatlara və pul köçürmələrinə ciddi nəzarətin təmin edilməsi;
Debitor və kreditor hesablaşmalarının aparılması;
Borcların təhlili, sifarişçilərlə borcların bağlanması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq icra edilməsi;
Maliyyə şöbəsinin fəaliyyətinin təşkil edilməsi və idarə olunması.
Tələblər
Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil;
Baş mühasib və ya oxşar vəzifədə minimum 3-5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək;
Müxabirləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə həm nəzəri, həm də praktiki biliklər;
Vergi uçotu üzrə yüksək səviyyədə biliklərə sahib olmaq;
Baş mühasib vəzifəsində uzun müddət çalışmayan və bu sahədə kifayət qədər biliyi olmayan namizədlərin CV göndərməməsi xahiş olunur;
Kişi namizədlər tələb olunur;
Yaş həddi: 35-55.
İş şəraiti
İş qrafiki: 5 günlük;
İş yeri Bakı şəhərində yerləşir;
İşçi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən işə götürülür;
Nahar şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: 2000 - 5000 AZN.
Əlaqə
Əlaqəli şəxs: Şöhrət Tağıyev
Əlaqə: 050 328 88 66
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
