Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Sahara Electronics MMC

Baş mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Sahara Electronics” MMC komandamıza mühasibat uçotunun daha səmərəli qurulmasına, maliyyə hesabatlılığının gücləndirilməsinə və mühasibat proseslərinin idarə olunmasına töhfə verəcək Baş mühasib axtarır. Namizədin əsas vəzifəsi mövcud uçot sistemini təhlil etmək və təkmilləşdirmək, maliyyə məlumatlarının dəqiqliyini təmin etmək, gəlir və xərclərə nəzarət mexanizmlərini inkişaf etdirmək, eləcə də mühasibatlıq komandasının işini əlaqələndirmək olacaq. Vəzifə öhdəlikləri Mövcud mühasibat uçotu sistemini qiymətləndirmək, çatışmazlıqları müəyyən etmək və təkmilləşdirmə planını hazırlayıb tətbiq etmək; Şirkətin fəaliyyətinə uyğun uçot siyasətini, sənəd dövriyyəsini və daxili nəzarət mexanizmlərini hazırlamaq və həyata keçirmək; 1C proqramında idxal, alış, satış, anbar, kassa-bank, debitor və kreditor əməliyyatlarının düzgün və vaxtında uçota alınmasını təmin etmək; Gömrük, nəqliyyat və digər idxal xərclərinin malların maya dəyərində doğru əks olunmasına nəzarət etmək; Müştəri və təchizatçılarla hesablaşmaları və üzləşmə aktlarını təşkil etmək, anbar qalıqları ilə uçot məlumatlarının uyğunluğunu yoxlamaq; Vergi, əməkhaqqı və digər məcburi hesabatların düzgün və vaxtında hazırlanmasını təmin etmək; Aylıq bağlanış prosesini idarə etmək, balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti üzrə hesabatları hazırlamaq; Gəlir və xərclərin aylıq plan-fakt təhlilini aparmaq, kənarlaşmaları məbləğ və faizlə müəyyənləşdirmək, səbəblərini araşdıraraq rəhbərliyə təqdim etmək; Mağazalar və fəaliyyət istiqamətləri üzrə gəlir, xərc və mənfəət hesabatlılığını qurmaq, xərclərin düzgün aid edilməsinə nəzarət etmək; Büdcənin hazırlanmasında iştirak etmək, büdcədənkənar xərcləri və maliyyə risklərini vaxtında müəyyənləşdirmək; Konsaltinq komandası ilə əməkdaşlıq etmək, razılaşdırılmış uçot qaydalarının və prosedurların gündəlik iş prosesində tətbiqini təmin etmək; Mühasibatlıq əməkdaşları arasında iş bölgüsü aparmaq, tapşırıqların icrasına və uçot məlumatlarının keyfiyyətinə nəzarət etmək; Audit və dövlət yoxlamaları üçün tələb olunan sənədləri hazırlamaq, aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasını təşkil etmək. Tələblər Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil; Baş mühasib və ya mühasibatlıq rəhbəri vəzifəsində iş təcrübəsi; İdxal və ticarət şirkətlərində uçot sisteminin qurulması və ya yenidən təşkili üzrə praktiki təcrübə; Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini bilmək, dəyişiklikləri izləmək və praktikada tətbiq etmək bacarığı; 1C və Excel proqramlarında sərbəst işləmək bacarığı; Maliyyə hesabatlarının hazırlanması, büdcə nəzarəti və gəlir-xərc üzrə plan-fakt təhlilini aparmaq bacarığı; Komandanı idarə etmək, digər struktur bölmələri və konsaltinq komandası ilə işi əlaqələndirmək bacarığı; Yüksək dəqiqlik, dürüstlük, analitik düşüncə və problemlərə praktik həll yolları təklif etmək bacarığı. Üstünlük veriləcək təcrübə və biliklər Çoxmağazalı və çoxanbarlı ticarət şirkətində iş təcrübəsi; 1C proqramında uçot və hesabatlılığın təkmilləşdirilməsi layihələrində iştirak; PMS, ACCA və ya digər uyğun peşəkar sertifikatlara sahib olmaq. İş şəraiti İş yeri: Abşeron Ticarət Mərkəzi; İş qrafiki: 6 günlük iş həftəsi; Sabit əməkhaqqı: 1 500–2 000 AZN (namizədin təcrübə və bacarıqlarına uyğun olaraq); Əlavə bonus: əvvəlcədən razılaşdırılmış KPI göstəricilərinin nəticələrinə əsasən. Tələblərə uyğun namizədlərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Seçilmiş namizədlərlə əlaqə saxlanılaraq müsahibəyə dəvət ediləcəklər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.