Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri, Ağ şəhər
İş qrafiki: 5 günlük iş rejimi
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur
Vəzifə öhdəlikləri
Maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunun təşkili və idarə edilməsi
Təsərrüfat əməliyyatlarının uçot hesablarında və registrlərdə düzgün əks olunmasına nəzarət
Ay sonu və digər dövrlər üzrə mühasibat və maliyyə hesabatlarının vaxtında hazırlanması və təqdim edilməsi
Əsas vəsaitlər, maddi-əmtəə ehtiyatları və pul vəsaitlərinin hərəkətinin uçotuna nəzarət
Vergi hesabatlarının, o cümlədən ƏDV, ÖMV, mənfəət vergisi, əmlak vergisi və digər hesabatların hazırlanması və təqdim olunması
Bank əməliyyatlarının və maliyyə hesablaşmalarının operativ uçotunun aparılması
Müqavilələr üzrə ödənişlərin vaxtında icrasına nəzarət etmək
Şirkətin maliyyə vəziyyəti, pul axını və debitor borcları barədə hesabatların hazırlanması
Xəzinə, bank əməliyyatları, əsas vəsaitlər və öhdəliklər üzrə uçotun aparılması
Aylıq əməkhaqqı cədvəllərinin hazırlanması, əməkhaqqı, məzuniyyət pulu, son haqq-hesab və xəstəlik vərəqələrinin hesablanması, əməkhaqlarının ödənilməsi
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
DSMF-yə ödənişlərin düzgün hesablanması və nəzarət edilməsi
Tələblər
Yaş həddi: 35–50
Ali iqtisadi təhsil: Maliyyə, Mühasibat uçotu və ya İqtisadiyyat
Minimum 10 il iş təcrübəsi
Azərbaycan və rus dillərini mükəmməl bilmək
MS Office proqramları, xüsusilə Excel üzrə yüksək bilik və bacarıq
Vergi, əmək və digər qanunvericilik üzrə biliklər
Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi
İdarəetmə və təşkilati bacarıqlar
Məxfi məlumatlarla işləmək bacarığı və etik qaydalara riayət etmək
Vakansiya ilə maraqlanan şəxslərdən CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində “Baş mühasib” yazmaqla göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
