Vakansiya haqqında
Vəzifə öhdəlikləri:* Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması;* Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi;* Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsinin təşkili;* Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi;* Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) prinsipinin tətbiqi;* Anbar daxilində səliqə-sahmanın, nizam-intizamın və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;* Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.Namizədə tələblər:* Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi;* Ali təhsil üstünlükdür;* Qida məhsulları ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir;* Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər;* Dəqiqlik, məsuliyyətlilik və operativlik;* Komandada işləmək bacarığı. İş şəraiti:* İş qrafiki: 5 günlük iş həftəsi;* İş saatları: 09:00–18:00;* Əmək haqqı: 800–1000 AZN;* İş yeri: Gəmiqayırma Zavodunun yaxınlığı.Müraciət qaydasıVakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə cv@145group.com elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
