Vakansiya haqqında
Vakansiya: Anbardar köməkçisi (fəhlə)Şirkət: Vertus Engineering Co MMC
Vəzifə öhdəlikləri
Anbara daxil olan mal-materialların qəbulunda, sayılmasında və çeşidlənməsində anbardara kömək etmək;
Mal-materialların anbar daxilində müəyyən edilmiş qaydalara uyğun yerləşdirilməsində və səliqəli saxlanılmasında iştirak etmək;
Anbardan verilən mal-materialların hazırlanmasına, yığılmasına və təhvil verilməsinə kömək etmək;
Anbarda mövcud olan mal-materialların düzgün yerləşdirilməsinə, qorunmasına və zədələnməməsinə nəzarət etmək;
Mal-materialların yüklənməsi, boşaldılması və daşınması işlərini həyata keçirmək;
Mal-materialların qəbulu və təhvil verilməsi zamanı aşkar olunan çatışmazlıqlar, uyğunsuzluqlar və zədələnmələr barədə anbardara məlumat vermək.
Namizədlərə tələblər
Təhsil: Orta;
İş təcrübəsi: 1 ildən 3 ilə kimi;
Cins və yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, 25-45 yaşında bəy namizədlərin müraciətlərinə üstünlük verilir.
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi;
İş vaxtı: 09:00 – 17:00;
İş yeri: Bakı, Binəqədi rayonu, Binəqədi şossesi.
Əmək haqqı və rəsmiləşdirmə
Başlanğıc aylıq əmək haqqı: 600 AZN;
AR qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
