Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

145 group

Anbardar - Gəmiqayırma Zavodunun yaxınlığı

Şəhər göstərilməyibMənbə: AzVak.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Anbara daxil olan məhsul və materialların müvafiq sənədlər əsasında qəbul edilməsi, say və keyfiyyət baxımından yoxlanılması, düzgün yerləşdirilməsi və uçotunun aparılması; Məhsulların müvafiq saxlama şəraitinə uyğun yerləşdirilməsinin və qorunmasının təmin edilməsi; Məhsulların aidiyyəti bölmələrə vaxtında və düzgün şəkildə təhvil verilməsinin təşkili; Anbara daxil olan və anbardan çıxan məhsulların hərəkətinin qeydiyyatının aparılması və qalıqlara nəzarət edilməsi; Məhsulların yararlılıq müddətlərinə nəzarət edilməsi və FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) prinsipinin tətbiqi; Anbar daxilində səliqə-sahmanın, nizam-intizamın və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi; Gündəlik və aylıq anbar hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi. Namizədə tələblər: Anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi; Ali təhsil üstünlükdür Qida məhsulları ilə iş təcrübəsi olan namizədlərə üstünlük verilir; Anbar uçotu və məhsulların hərəkətinin qeydiyyatı üzrə biliklər; Dəqiqlik, məsuliyyətlilik və operativlik; Komandada işləmək bacarığı. İş şəraiti: İş qrafiki: 5 günlük iş həftəsi; İş saatları: 09:00–18:00; Əmək haqqı: 800–1000 AZN; İş yeri:Gəmiqayırma Zavodunun yaxınlığı. Müraciət qaydası Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Anbardar” qeyd etməklə cv@145group.com elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.