Vakansiya haqqında
Vakansiya: Anbardar / Müştəri Xidməti TəmsilçisiFilial: İçərişəhər
Vəzifə öhdəlikləri:
Daxil olan bağlamaların anbar zonasına yerləşdirilməsi (fiziki iş);
Daxil olan bağlamaların çeşidlənməsi və sistemə daxil edilməsi;
Anbardan bağlamaların çıxışına nəzarət edilməsi;
Anbardakı bağlamaların sistem üzrə yoxlanılması;
Müştəri ödənişlərinin qəbul edilməsi (kassa, POS-terminal);
Bağlamaların yüklənməsi və boşaldılması;
Kuryer sifarişlərinin hazırlanması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların sistem üzərindən gündəlik icra edilməsi;
Müştəri sifarişlərində yaranan problemlərin araşdırılması və çətinliklərin həllində müştərilərə dəstək göstərilməsi;
İş kollektivi ilə səmimi və mehriban münasibətlərin qurulması.
Namizədə tələblər:
Ali təhsil arzuolunandır;
Azərbaycan və rus dili bilikləri arzuolunandır;
Beynəlxalq yüklərin daşınması və e-ticarət sahəsində anbardar vəzifəsi üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
Kompüter və ofis proqramlarından sərbəst istifadə bacarığı;
Yaş həddi: 20–38;
Həm xanım, həm də bəy namizədlər müraciət edə bilərlər;
Komandada işləmək bacarığı;
Stressli vəziyyətlərdə düzgün qərar qəbul etmək bacarığı.
İş şəraiti:
İş günləri: Həftənin 1–6-cı günləri;
İstirahət günü: Bazar;
İş saatları:Bazar ertəsi – cümə: 10:00–20:00;
Şənbə: 11:00–18:00;
İş ünvanı: Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Bünyad Sərdarov küçəsi, giriş 24A;
Əmək haqqı: 500 AZN.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
