Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi →

Anbar idarəetməsi və uçot üzrə baş mütəxəssis

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir • Anbara daxil olan və çıxan maddi-əmtəə dəyərlilərinin (MƏD), avadanlıqların və inventarların tam maddi məsuliyyətini daşımaq, onların saxlanılmasını və təhlükəsizliyini təmin etmək. • Anbar əməliyyatlarının (məxaric, daxilolma, silinmə, transfer) müvafiq proqram təminatında (ERP/1C/Excel) dəqiq və vaxtında uçotunu aparmaq. • Malların daxilolması zamanı müşayiətedici sənədləri (qaimə, akt, hesab-faktura və s.) yoxlamaq, fiziki sayımı aparmaq və uyğunsuzluq olduqda aktlaşdırmaq. • İntellektual, texnoloji və idarəetmə aktivlərinin, elektron avadanlıqların və digər materialların təyin olunmuş qaydalar üzrə uçotunu və hərəkətini izləmək. • Material və avadanlıqların struktur bölmələrinə təhvil-təslim prosesini müvafiq təhvil-təslim aktları ilə rəsmiləşdirmək. • Anbar qalıqları, mal hərəkəti və dövriyyəsi üzrə gündəlik, həftəlik və aylıq maliyyə-uçot hesabatlarını hazırlayıb rəhbərliyə və Maliyyə departamentinə təqdim etmək. • Dövri və illik inventarizasiya (sayım) proseslərində birbaşa iştirak etmək, faktiki qalıqlarla uçot göstəricilərini tutuşdurmaq və kənarlaşmaları analiz edərək hesabat vermək. • Xarab olmuş, zədələnmiş, istifadəyə yararsız və ya mənəvi köhnəlmiş aktivlərin müəyyən edilərək silinməsi üçün təkliflər və aktlar hazırlamaq. • Anbar sahəsində optimal yerləşdirmə, adresasiya və logistika qaydalarını tətbiq etmək, anbarın səliqəli və nizamlı saxlanılmasını təmin etmək. Tələblər • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya bənzər alət/sahələr üzrə ali təhsil. • Anbar idarəetməsi, material-uçotu və ya maliyyə/mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi. • İlkin mühasibatlıq və maliyyə uçotu prinsiplərini, aktivlərin amortizasiyası və silinməsi mexanizmlərini yaxşı səviyyədə bilmək. • 1C (və ya digər ERP sistemləri) və MS Office (xüsusilə MS Excel – cədvəllər, düsturlar və hesabatlılıq üçün) proqramlarını yüksək səviyyədə bilmək. • Rəsmi təhvil-təslim aktları, qaimələr, silinmə aktları və daxili hesabat formaları ilə işləmək bacarığı. • Yüksək məsuliyyət hissəsi, dürüstlük, detallara diqqətlilik və analitik düşüncə qabiliyyəti. • Maddi məsuliyyət müqavilələri və inventarizasiya aparılması qaydaları üzrə biliyə sahib olmaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.