Vakansiya haqqında
Əsas vəzifələr
Anbarlarda və iş sahələrində saxlanılan material və ehtiyat hissələrinin qalıqlarının, mədaxil, məxaric və daxili yerdəyişmələrinin uçotunun düzgünlüyünə nəzarət etmək
Dövri və illik inventarizasiya qrafikini hazırlamaq, inventarizasiya komissiyalarının işini əlaqələndirmək və nəticələrini rəsmiləşdirmək
Faktiki qalıqlarla ERP/SAP sistemindəki məlumatlar arasındakı fərqləri müəyyən etmək, səbəblərini araşdırmaq və düzəliş tədbirləri təklif etmək
Yavaş hərəkət edən, köhnəlmiş və istifadəsiz ehtiyatları aşkar etmək, ehtiyatların minimum və maksimum səviyyələrinə, saxlanma və hesabdan silinmə qaydalarına riayət olunmasına nəzarət etmək
Əsas vəsaitlərin qeydiyyatını, inventar nömrələrinin verilməsini və aktiv reyestrinin aktual saxlanılmasını yoxlamaq, həmçinin istismara verilməsi, kapitallaşdırılması, yerdəyişməsi, satışı və hesabdan silinməsi əməliyyatlarının təsdiqedici sənədlərlə uyğunluğuna nəzarət etmək
Amortizasiyanın qüvvədə olan uçot siyasətinə və faydalı istifadə müddətlərinə uyğun hesablanmasını yoxlamaq
Davam edən tikinti xərclərinin əsas vəsaitə kapitallaşdırılmasının düzgünlüyünə nəzarət etmək
Podratçı və təchizatçıların təqdim etdiyi görülmüş iş/göstərilmiş xidmət qəbul aktlarını müqavilə şərtlərinə, qiymətlərə, həcmlərə və təsdiq edilmiş smetalara uyğunluq baxımından yoxlanmasını təmin etmək
Aktlarda göstərilən həcm və dəyərlərin faktiki icra və ilkin sənədlərlə (iş hesabatları, vaxt cədvəlləri, qaimə-fakturalar, təhvil-təslim sənədləri) üst-üstə düşməsini təmin etmək
Təsdiqlənmiş aktların ERP/SAP sistemində düzgün hesabat dövründə əks olunmasını və hesablanmış öhdəliklərin (accruals) düzgünlüyünü yoxlamaq
Xərclərin xərc mərkəzləri, layihələr, quyular, obyektlər və fəaliyyət növləri üzrə bölüşdürülməsi qaydalarının tətbiqinə nəzarət etmək
Birbaşa və dolayı xərclərin, əməliyyat (OPEX) və kapital (CAPEX) xərclərinin düzgün təsnifləşdirilməsini yoxlamaq
Səhv kodlaşdırılmış və ya yanlış bölüşdürülmüş xərcləri müəyyən etmək, yenidən təsnifləşdirmək, düzəlişlər aparmaq
Əsas xərc kənarlaşmalarını, aşkar edilmiş pozuntuları və risk sahələrini səbəbləri və maliyyə təsiri ilə birlikdə rəhbərliyin diqqətinə çatdırmaq
Tələblər
Maliyyə, mühasibat uçotu, iqtisadiyyat, audit, mühəndislik, biznes və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi (ACCA, CIA, AACE CCP və s. üstünlükdür)
Xərclərə nəzarət, mühasibat uçotu, maliyyə, daxili audit kimi vəzifələrdə minimum 5 il iş stajı
SAP/ERP sistemləri, Power BI və ya oxşar vizuallaşdırma alətləri ilə iş təcrübəsi
İnventar və əsas vəsaitlərin uçotu barədə müfəssəl biliklər
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
