Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Socar Petroleum →

MHBS (IFRS) üzrə böyük mütəxəssis

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr SOCAR Petroleum QSC-nin MHBS (IFRS) tələblərinə uyğun maliyyə hesabatlarının hazırlanmasını təmin etmək; Aylıq, rüblük və illik dövrlər üzrə MHBS düzəlişlərini və hesablamalarını hazırlamaq, yoxlamaq və təhlil etmək; Maliyyə vəziyyəti, mənfəət və ya zərər və digər məcmu gəlir, pul vəsaitlərinin hərəkəti, kapitalda dəyişikliklər haqqında hesabatları və izahlı qeydləri hazırlamaq; SOCAR Qrupunun konsolidasiya olunmuş maliyyə hesabatları üçün SOCAR Petroleum QSC üzrə hesabat paketlərini hazırlamaq və vaxtında təqdim etmək, əlaqədar sorğuları koordinasiya etmək; Xarici auditorlarla sıx və davamlı əməkdaşlıq etmək, auditin bütün mərhələlərində əsas əlaqələndirici şəxs kimi çıxış etmək; Audit sorğularına cavabların, sənədlərin və izahatların vaxtında təqdim edilməsini təmin etmək; audit düzəlişlərini təhlil etmək və icrasını əlaqələndirmək; IFRS 9, IFRS 15, IFRS 16, IAS 12, IAS 16, IAS 36, IAS 37 və digər müvafiq standartları əməliyyatlara tətbiq etmək; İcarə, əsas vəsaitlər, debitor borcları, ehtiyatlar, dəyərsizləşmə və təxirə salınmış vergilər üzrə hesablamaları yoxlamaq; SAP məlumatlarını MHBS hesabatları ilə üzləşdirmək, uçot siyasəti və hesabatlılıq proseslərinin təkmilləşdirilməsində iştirak etmək. Tələblər Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqədar sahədə ali təhsil; Mühasibat uçotu, maliyyə hesabatlılığı və ya audit üzrə minimum 3 il ümumi iş təcrübəsi; MHBS (IFRS) üzrə maliyyə hesabatlarının hazırlanması və ya auditi sahəsində minimum 2 il praktiki təcrübə (məcburi); MHBS maliyyə hesabatlarını və izahlı qeydləri müstəqil hazırlamaq təcrübəsi; Xarici auditorlarla birbaşa əməkdaşlıq və audit prosesinin əlaqələndirilməsi təcrübəsi; IFRS 9, IFRS 15, IFRS 16, IAS 12, IAS 16, IAS 36 standartlarının praktik tətbiqi üzrə biliklər; ACCA DipIFR, ACCA kvalifikasiyası, SAP ERP və iri müəssisə/Big Four təcrübəsi üstünlükdür; MS Excel üzrə yüksək səviyyəli bilik; Azərbaycan dilində sərbəst, ingilis dilində MHBS sənədləri ilə işləmək bacarığı; Analitik düşünmə, müstəqil işləmə, dəqiqlik və koordinasiya bacarıqları.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.