Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Premium Mining

Büdcə və xərclərə nəzarət üzrə mütəxəssis

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Şirkətin illik və aylıq büdcəsinin hazırlanmasında iştirak etmək; Struktur bölmələrdən büdcə məlumatlarını toplamaq, yoxlamaq və konsolidasiya etmək; Təsdiq edilmiş büdcənin icrasına nəzarət etmək; Gəlir və xərclər üzrə Plan/Fakt analizini aparmaq; Büdcədən kənarlaşmaları müəyyən etmək və onların səbəblərini təhlil etmək; Əhəmiyyətli kənarlaşmalar üzrə izahatlar və təkliflər hazırlamaq; Şöbələr, layihələr və xərc maddələri üzrə xərclərə nəzarət etmək; Planlaşdırılan xərclərin və satınalmaların büdcədə nəzərdə tutulub-tutulmadığını yoxlamaq; Şirkətin öhdəliklərini və planlaşdırılan ödənişlərini monitorinq etmək; Aylıq, rüblük və illik büdcə hesabatlarının hazırlanmasında iştirak etmək; Rəhbərlik üçün maliyyə və analitik hesabatlar hazırlamaq; Büdcənin icrası üzrə proqnozlar hazırlamaq; Xərclərin optimallaşdırılması və səmərəliliyinin artırılması üzrə təkliflər vermək; Mühasibatlıq, satınalma, maliyyə və digər struktur bölmələrlə sıx əməkdaşlıq etmək; Xərclərin təsdiqi və büdcə prosesləri üzrə daxili prosedurlara riayət olunmasına nəzarət etmək; Rəhbərliyin tapşırığı əsasında maliyyə və analitik təhlillər aparmaq. Tələblər Maliyyə, iqtisadiyyat, mühasibat uçotu, audit və ya digər əlaqəli sahələr üzrə ali təhsil; Büdcələşdirmə, maliyyə analitikası, maliyyə nəzarəti, mühasibatlıq və ya əlaqəli sahədə ən azı 1–2 il iş təcrübəsi; Büdcələşdirmə və Plan/Fakt analizinin prinsiplərini bilmək; Maliyyə məlumatlarını təhlil etmək və hesabatlar hazırlamaq bacarığı; MS Excel proqramını yaxşı səviyyədə bilmək Böyük həcmli məlumatlarla işləmək bacarığı; ERP və ya mühasibat uçotu proqramları ilə iş təcrübəsi üstünlükdür; Power BI bilikləri üstünlükdür; Azərbaycan və rus dillərini bilmək; ingilis dili bilmək üstünlükdür. Analitik düşüncə; Diqqətlilik və detallara yüksək diqqət; Məsuliyyətlilik; Sistemli və dəqiq işləmək bacarığı;

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.