Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

SR Group Co MMC →

Vergi üzrə mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas tələblər Mühasibatlıq, maliyyə və ya vergi qanunvericiliyi üzrə ali təhsil; Bu sahədə minimum 2 il iş təcrübəsi; Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı, xüsusilə MS Excel üzrə yüksək səviyyədə bilik; 1C 8.3 proqramı üzrə bilik; PMS sertifikatının olması üstünlük sayılır, ACCA F3 sertifikatı isə arzuolunandır. Vəzifə öhdəlikləri Mühasibat əməliyyatları üzrə vergi nəzarətini həyata keçirərək vergilərin düzgün hesablanmasına dəstək vermək; Vergiləri hesablamaq, bütün vergi hesabatlarını yerli vergi qanunvericiliyinə uyğun hazırlamaq və aidiyyəti orqanlara vaxtında təqdim etmək; ƏDV, Mənfəət Vergisi, Əmlak vergisi, Vahid bəyannamə, Statistika və digər dövlət qurumları üçün aylıq, rüblük və illik hesabatları hazırlayıb təqdim etmək; Vergi məsələləri ilə bağlı Vergilər Nazirliyi və vergi məsləhətçiləri ilə yazışmaları aparmaq, daxil olan sorğuları vaxtında cavablandırmaq; Vergi hesablamalarını və ödənişlərini vergi hesabı ilə tutuşdurmaq; Təxirə salınmış vergiləri hesablamaq; Şirkətdə əməkhaqqı üzrə aylıq vergiləri sistemə daxil etmək; Vergi uçotuna aid bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun şəkildə qorunmasına nəzarət etmək; Audit yoxlamaları zamanı auditorlara tələb olunan sənədləri təqdim etmək; Onlayn kargüzarlıq və kameral məktubları hər gün izləmək. CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz. Müraciətin mövzu hissəsində “Vergi üzrə mütəxəssis” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Vergi üzrə mütəxəssis

SR Group Co MMC

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Maliyyə, Bankçılıq və Sığorta
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.