Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Satınalma sifarişlərini idarə etmək: sifarişləri analiz etmək, yerləşdirmək, icrasına nəzarət etmək, hesabatları hazırlamaq və sifarişləri bağlamaq;
Müqavilələrin hazırlanmasını təşkil etmək, müqavilə və ödəniş şərtlərini müəyyənləşdirmək, onların icrasına nəzarət etmək;
Xarici sifarişçilərdən daxil olan mal və xidmət sorğularını mövcud təchizatçılar vasitəsilə təmin etmək;
Xarici satınalmalar üzrə sənədləşmə işlərini aparmaq;
Logistikanın təşkili üçün müvafiq şirkətlərlə əlaqə qurmaq və qiymət araşdırmaları aparmaq;
Xarici bazarlarda məhsul və material istehsalçılarını araşdırmaq, yeni təchizatçılar tapmaq;
Satınalma fəaliyyəti və xərclər üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
İstehsalçılardan qiymət təklifləri almaq və məhsulların maya dəyərini hesablamaq;
Çatdırılma, logistika və nəqliyyat proseslərinə nəzarət etmək;
Rəhbərlik tərəfindən satınalma və təchizatla bağlı verilən tapşırıqları yerinə yetirmək;
Şirkətin daxili prosedur və təlimatlarına riayət etmək.
Namizədə tələblər
Cins: xanım;
Yaş həddi: 23–35;
Ali təhsil;
Satınalma sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan dilini səlis, rus və ingilis dillərini isə əla səviyyədə bilmək;
1C və MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
Punktual, məsuliyyətli və ünsiyyətcil olmaq;
Operativ qərarvermə və inandırma bacarığı;
Komandada işləmək, problemləri həll etmək, araşdırma aparmaq və sürətli öyrənmək bacarığı;
Xarici bazarı və onun xüsusiyyətlərini yaxşı tanımaq;
Analitik düşünmə, ünsiyyət və danışıqlar aparmaq bacarığı.
İş şəraiti
Əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir;
İş qrafiki: 5 günlük, I–V günlər, saat 09:00–18:00;
Əmək haqqı: 1000 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
