Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Hava Yolları →

Uçuşların təhlükəsizliyi üzrə mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

Vakansiya: Uçuşların Təhlükəsizliyi üzrə MütəxəssisVəzifə öhdəlikləri: Heydər Əliyev Beynəlxalq Aeroportunda (HƏBA) uçuşların təhlükəsizliyi siyasətinin təşviq edilməsini təmin etmək; HƏBA-da Uçuşların Təhlükəsizliyi İdarəetmə Sisteminin (UTİS) fəaliyyəti ilə bağlı məsuliyyət və hesabatlılıq tələblərinə riayət olunmasını təmin etmək; Fövqəladə hallar zamanı planlaşdırılmış tədbirlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə nəzarət etmək; UTİS-in fəaliyyəti ilə bağlı sənədləşdirmə tələblərinə riayət olunmasını təmin etmək; Təhlükə faktorlarını müəyyən etmək; Uçuşların təhlükəsizliyinə təsir edən risk faktorlarını qiymətləndirmək və risklərin azaldılması üzrə tədbirlər planının hazırlanmasını təşkil etmək; Uçuşların təhlükəsizliyinin təmin edilməsi üzrə effektivlik göstəricilərinin ölçülməsini və monitorinqini həyata keçirmək; Dəyişikliklərin idarə edilməsi prosesini hazırlamaq və icrasına nəzarət etmək; UTİS-in davamlı təkmilləşdirilməsini təmin etmək; UTİS mədəniyyətinin təşkilatda gücləndirilməsi məqsədilə təlimlər keçirmək; UTİS-in fəaliyyəti, tətbiqi və icrası ilə bağlı aidiyyəti normativ-hüquqi sənədlərin, ICAO standartlarının və tələblərinin icrasını təmin etmək. Namizədə tələblər: Təhsil: Bakalavr; İş təcrübəsi: Minimum 1 il; Dil bilikləri:Azərbaycan dili – sərbəst; İngilis dili – arzuolunandır; Rus dili – arzuolunandır; MS Office proqramları üzrə biliklər; Yazılı və şifahi ünsiyyət bacarığı; Danışıqlar aparmaq bacarığı; Qərarvermə və problem həll etmə bacarığı; Təqdimat bacarığı; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Komandada işləmək bacarığı. İş şəraiti: İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu; İş rejimi: 5 günlük; İş saatları: 09:00–18:00.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.