Vakansiya haqqında
Tələblər:
Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi, təhlükəsizlik və ya əlaqəli sahələr üzrə bilik və iş təcrübəsi;
Yanğın təhlükəsizliyi norma və qaydaları barədə məlumatlı olmaq;
Tikinti sahəsində iş təcrübəsi üstünlük hesab olunur;
Obyektlərdə mütəmadi sahə yoxlamaları aparmağa hazır olmaq;
Məsuliyyətli, diqqətli, tələbkar və operativ olmaq;
Aşkar edilən risk və nöqsanları düzgün dəyərləndirmək və onların aradan qaldırılmasını izləmək bacarığı;
Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti.
Vəzifə öhdəlikləri:
Şirkətin tikinti layihələrində və hazır obyektlərində yanğın təhlükəsizliyi tələblərinə və qaydalarına əməl olunmasına nəzarət etmək;
Obyektlər üzrə müntəzəm yoxlamalar aparmaq, yanğın riski yaradan halları və uyğunsuzluqları müəyyənləşdirmək;
Aşkar olunan nöqsanların aradan qaldırılması üçün məsul şəxslərə müvafiq göstəriş və təkliflər vermək, icrasını nəzarətdə saxlamaq;
Yanğınsöndürmə balonlarının, yanğın şkaflarının, hidrantların, siqnalizasiya sistemlərinin və digər yanğından mühafizə vasitələrinin mövcudluğunu və işlək vəziyyətdə saxlanılmasını izləmək;
Təxliyə yollarının, çıxışların və yanğın təhlükəsizliyi nişanlarının tələblərə uyğun vəziyyətdə olmasını yoxlamaq;
Tikinti sahələrində qaynaq, kəsmə və digər yanğın təhlükəli işlərin təhlükəsizlik tələblərinə uyğun icrasına nəzarət etmək;
Yanıcı və tezalışan materialların saxlanılması və istifadəsi zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını yoxlamaq;
Əməkdaşların yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmasında iştirak etmək və zəruri maarifləndirmə işləri aparmaq;
Fövqəladə hal zamanı təxliyə və ilkin yanğınsöndürmə tədbirləri üzrə hazırlıq vəziyyətini nəzarətdə saxlamaq;
Yanğın təhlükəsizliyi ilə bağlı yoxlama nəticələrini, aşkar edilmiş nöqsanları və görülmüş tədbirləri sənədləşdirmək və rəhbərliyə hesabat təqdim etmək;
Yanğın təhlükəsizliyi üzrə daxili qayda və prosedurların icrasına nəzarət etmək.
İş şəraiti:
6 günlük iş qrafiki;
İş yeri: Bakı şəhəri və şirkətin layihələri;
Əmək haqqı namizədin bilik, təcrübə və bacarıqlarına uyğun olaraq müəyyən ediləcəkdir.
Vakansiya üzrə müraciət etmək üçün CV formasını e-mail vasitəsilə mövzu hissəsində “Yanğın təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
