Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avis Apteklər Şəbəkəsi →

Optika üzrə mütəxəssis

700 - 850 AZN

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

📍 Filiallar: Yasamal və Beşmərtəbə 🕒 İş qrafiki: Tam iş günü, həftədə 6 gün 💰 Əməkhaqqı: Bonuslarla birlikdə 700- 1200 AZN 🚀 Karyera inkişafı və yüksəliş imkanları Optika sahəsində peşəkar karyeranı bizimlər qur ! Avis olaraq komandamıza müştərilərlə ünsiyyəti sevən , satış bacarıqlarını inkişaf etdirmək və optika sahəsində peşəkarlaşmaq istəyən əməkdaşlar axtarırıq. Namizədə tələblər: • Optika sahəsində iş təcrübəsi və eynək məhsulları üzrə biliklər; • Eynək çərçivələri, optik və günəş eynəyi linzalarının xüsusiyyətləri barədə məlumatlı olmaq; • Eynək reseptlərini oxumaq və reseptə uyğun sifariş qəbul etmək bacarığı; • Müştərinin ehtiyacını müəyyənləşdirmək və uyğun məhsulu aydın şəkildə təqdim etmək; • Səlis Azərbaycan dili və güclü ünsiyyət bacarığı; rus dili biliyi üstünlükdür; • Satış bacarığı, nəticəy önümlülük və müştəri məmnuniyyətinə həssas yanaşma; • Məsuliyyətli, dəqiq, nəzakətli olmaq və komanda ilə işləməyi bacarmaq. Vəzifə öhdəlikləri: • Müştəriləri qarşılamaq, ehtiyaclarını öyrənmək və peşəkar konsultasiya vermək; • Həkim reseptinə, müştərinin ehtiyacına və büdcəsinə uyğun çərçivə və linza seçimində dəstək göstərmək; • Məhsulların xüsusiyyətləri, istifadə və qulluq qaydaları, qiymətlər və kampaniyalar haqqında düzgün məlumat vermək; • Eynək sifarişlərini dəqiq qəbul etmək, zəruri ölçüləri götürmək və sifariş məlumatlarını qeydiyyata almaq; • Sifarişlərin hazırlanmasını izləmək, təhvil zamanı reseptə və sifarişə uyğunluğunu yoxlamaq; • Eynəyin müştərinin üzünə uyğun oturuşunu yoxlamaq və səlahiyyəti daxilində sadə tənzimləmələr aparmaq; • Satış prosesini həyata keçirmək və satış hədəflərinə çatmaq üçün fəal çalışmaq; • Məhsulların vitrinlərdə səliqəli təqdimatını təmin etmək, qiymət etiketlərinə və məhsul qalığına nəzarət etmək; • Müştəri müraciətlərini diqqətlə dinləmək və satış sonrası xidmətə dəstək göstərmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.