Vakansiya haqqında
CASPOS MMC komandamıza “Texniki servis mütəxəssisi”
axtarırıq.
Məsuliyyət və vəzifələr:
Təmirə daxil olan kassa aparatlarının ilkin texniki diaqnostikasını həyata
keçirmək;
Kassa aparatlarının elektron və elektrik hissələrinin təmiri və
texniki xidmətini həyata keçirmək;
Elektron komponentlərin, naqillərin,
birləşdiricilərin və digər hissələrin yoxlanılması, dəyişdirilməsi və bərpasını təmin etmək;
Elektron lövhələr üzərində lehimləmə (payka) və digər texniki təmir işlərini yerinə
yetirmək;
Nasazlıqların səbəblərini müəyyən etmək və onların aradan
qaldırılması üçün müvafiq tədbirlər görmək;
Təmir və texniki xidmət
zamanı müvafiq alət və avadanlıqlardan düzgün istifadə etmək;
Təmir
edilmiş kassa aparatlarının işləkliyini yoxlamaq və funksional sınaqlarını həyata keçirmək;
Görülmüş təmir işləri və aşkar edilmiş nasazlıqlar barədə müvafiq qeydlər aparmaq və hesabat
vermək;
İş prosesində elektrik təhlükəsizliyi, əməyin mühafizəsi və
texniki təhlükəsizlik qaydalarına riayət etmək;
Rəhbərlik tərəfindən
səlahiyyətləri və vəzifə funksiyaları çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
Elektronika və elektrik dövrələri haqqında ilkin və ya orta səviyyədə
biliklər;
Lehimləmə (payka) texnikası və elektron lövhələrlə işləmək
bacarığı;
Elektron avadanlıqların diaqnostikası və təmiri üzrə
biliklər;
Yaş həddi: 25-40.
Fərdi keyfiyyətləri:
Ünsiyyətcil, məsuliyyətli, işində cəld və dəqiq olmaq;
Səbrli və təmkinli olmaq;
Öyrənməyə və yeni
texnologiyalara uyğunlaşmağa həvəsli olmaq;
Komandada işləmək
bacarığı;
Operativ qərarvermə və problem həll etmə
bacarığı.
Əlavə məlumatlar:
Əmək haqqı: Razılaşma yolu ilə;
İş qrafiki: 5 günlük, 09:00-18:00;
AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Əməkdaşlar üçün şirkət tərəfindən qarşılanan tibbi sığorta
paketi
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu
hissəsində “Texniki servis mütəxəssisi” qeyd etməkləMüraciət
etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş
olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
