Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

CasPos MMC →

Texniki servis mütəxəssisi

Maaş göstərilməyib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

CASPOS MMC texniki servis mütəxəssisi vakansiyası elan edir!CASPOS MMC komandamıza elektron avadanlıqların texniki diaqnostikası, təmiri və texniki xidməti sahəsində çalışacaq Texniki servis mütəxəssisi axtarır. Vəzifə öhdəlikləri: Təmir üçün qəbul edilən kassa aparatlarının ilkin texniki yoxlanışını və diaqnostikasını aparmaq; Kassa aparatlarının elektron və elektrik sistemlərinin təmiri və texniki qulluğunu həyata keçirmək; Elektron komponentləri, naqilləri, birləşdirici elementləri və digər ehtiyat hissələrini yoxlamaq, zərurət yarandıqda dəyişdirmək və bərpa etmək; Elektron lövhələrdə lehimləmə (payka) və digər təmir əməliyyatlarını icra etmək; Texniki nasazlıqların yaranma səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması istiqamətində müvafiq işlər görmək; Təmir və texniki xidmət prosesində tələb olunan alət və avadanlıqlardan təyinatına uyğun istifadə etmək; Təmir olunmuş kassa aparatlarının funksionallığını yoxlamaq və işlək vəziyyətdə olduğunu test etmək; Aparılan təmir işləri, müəyyən edilmiş problemlər və görülən tədbirlər barədə müvafiq qeydlər aparmaq və hesabat təqdim etmək; İş zamanı elektrik, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına əməl etmək; Birbaşa rəhbər tərəfindən vəzifə öhdəlikləri və səlahiyyətləri daxilində verilən digər tapşırıqları icra etmək. Namizədə dair tələblər: Elektronika və elektrik dövrələri üzrə ilkin və ya orta səviyyəli nəzəri və praktiki biliklər; Lehimləmə (payka) işlərinin aparılması və elektron lövhələrlə işləmək bacarığı; Elektron cihazların texniki yoxlanılması, diaqnostikası və təmiri üzrə biliklər; Yaş həddi: 25-40. Şəxsi keyfiyyətlər: Yüksək ünsiyyət bacarığı, məsuliyyətlilik, operativlik və diqqətlilik; Səbirli, təmkinli və intizamlı olmaq; Peşəkar inkişaf və yeni texnologiyaları mənimsəməyə açıq olmaq; Komanda daxilində effektiv əməkdaşlıq etmək bacarığı; Problemləri təhlil etmək, çevik qərarlar qəbul etmək və həll yolları tapmaq bacarığı. İş şəraiti və əlavə məlumatlar: Əmək haqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsasında razılaşdırılır; İş qrafiki: 5 günlük iş həftəsi, saat 09:00-18:00; Rəsmiləşmə: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq; Tibbi sığorta: Şirkət tərəfindən qarşılanan tibbi sığorta paketi. Texniki sahədə bilik və bacarıqlarınızı CASPOS MMC komandasında tətbiq etmək istəyirsinizsə, müraciətinizi gözləyirik!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Texniki servis mütəxəssisi

CasPos MMC

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Texniki Xidmət / Diaqnostika, Təmir
AzVak.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.