Vakansiya haqqında
Komandamıza 2 Texniki satınalma mühəndisi axtarırıq.
Vəzifə öhdəlikləri
Müştəri tələblərinə və texniki spesifikasiyalara uyğun avadanlıq seçmək:
transformator, KRU, kabel, generator, günəş panelləri, UPS, stabilizator
Çin və digər ölkələrin istehsalçılarından qiymət sorğusu (RFQ) almaq, təklifləri texniki və
kommersiya baxımından müqayisə etmək
İstehsalçıların sertifikatlarını,
tip test hesabatlarını və referanslarını yoxlamaq
Sifarişləri, istehsal
prosesini və zavod sınaqlarını (FAT) izləmək
Logistika və gömrük üzrə
tərəfdaşlarla koordinasiya etmək
Vendor bazasını yaratmaq və aktual
saxlamaq
Tələblər
Elektrik, enerji və ya elektromexanika mühəndisliyi üzrə ali
təhsil
Satınalma, təchizat və ya texniki satış sahəsində ən azı 2 il
təcrübə
Texniki sənədləri və standartları oxumaq bacarığı: IEC,
datasheet, tək xətli sxem
İngilis dilini sərbəst bilmək; Çin və ya rus
dili üstünlükdür
Incoterms və beynəlxalq ticarət sənədləri ilə
tanışlıq
MS Excel və işgüzar yazışma bacarığı
Təklif edirik
Əmək haqqı:1.000 AZN (net)
Bonus:şəxsən həyata keçirdiyiniz satınalmaların reallaşan dövriyyəsindən
1%
Sığorta:rəsmi əmək müqaviləsi və sosial
sığorta
İnkişaf:beynəlxalq istehsalçılarla birbaşa iş,
Çinə işgüzar səfərlər
CV-niziMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Məktubun mövzusu:
"Texniki satınalma mühəndisi".
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
