Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azərbaycan Hava Yolları →

Tələblər üzrə aparıcı analitik, Gəlirlərin idarə edilməsi şöbəsi / Senior Demand Analyst, Revenue Management Divison

Razılaşma ilə

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Gəlir Optimallaşdırması: Aylıq gəlir hədəflərinə nail olmaq və şəbəkə üzrə gəlirləri maksimumlaşdırmaq üçün dəqiq tələb proqnozlaşdırmaları və strateji gəlir idarəetmə üsullarını tətbiq etmək; Dəqiq Proqnozlaşdırma: Pik dövrlər və xüsusi tədbirlər zamanı, xüsusilə sinif, uçuş vaxtı, həftənin günü, başlanğıc və təyinat nöqtəsi üzrə çoxölçülü səviyyədə tələbi dəqiq proqnozlaşdırmaq; Pik İdarəetmə: Pik dövrlər və xüsusi hadisələr zamanı tələb dəyişikliklərindən maksimum gəlir əldə etmək üçün effektiv strategiyalar hazırlamaq və tətbiq etmək; Rəqabət Analizi: Rəqib qiymətləri və bazar meyllərini izləyərək imkanları və riskləri müəyyən etmək, zərurət olduqda strategiyaları yeniləmək; Performans Analizi və Məlumat-əsaslı Tənzimləmələr: Gəlir göstəricilərini izləmək, mütəmadi performans təhlilləri aparmaq və gəlirlərin artırılması üçün məlumatlara əsaslanan tövsiyələr hazırlamaq. Tələb trendlərini təkmilləşdirmək, sistem nəticələrini təsdiqləmək və şəbəkə optimizasiyasını dəstəkləmək üçün dəqiq O&D (Origin & Destination) məlumatlarını təmin etmək; Əməkdaşlıq: Qiymət və gəlir strategiyalarının ümumi biznes məqsədlərinə uyğun olmasını təmin etmək üçün Şəbəkə Planlaşdırması, Alyans, Satış, E-kommersiya, Marketinq və Loyallıq proqramı komandaları ilə sıx əməkdaşlıq etmək; Sistemlər və Alətlər: Gəlirlərin optimallaşdırılması və məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün gəlir idarəetmə proqramları və alətlərindən effektiv istifadə etmək; Davamlı İnkişaf: Gəlirlərin artırılmasına yönəlmiş proses təkmilləşdirmələrini müəyyənləşdirmək və həyata keçirmək; Layihələrdə İştirak: Gəlir idarəetmə layihələrində tələb strategiyaları üzrə ekspert dəstəyi göstərmək. Tələblər Ali təhsil; Revenue management sahəsində minimum 2-3 il iş təcrübəsi; Yüksək yazılı və şifahi ünsiyyət qurmaq (kommunikasiya) bacarığı; Təqdimat bacarıqlar; Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı; Danışıqların aparılması bacarığı; Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı; Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi; Dəyişikliklərə uyğunlaşmaq bacarığı; Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla səviyyədə); Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili ( yüksək), Rus dili (orta). İş qrafiki: Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət) İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.