Vakansiya haqqında
Təsvir
Gəlir Optimallaşdırması: Aylıq gəlir hədəflərinə nail olmaq və şəbəkə üzrə gəlirləri
maksimumlaşdırmaq üçün dəqiq tələb proqnozlaşdırmaları və strateji gəlir idarəetmə üsullarını tətbiq
etmək;
Dəqiq Proqnozlaşdırma: Pik dövrlər və xüsusi tədbirlər zamanı,
xüsusilə sinif, uçuş vaxtı, həftənin günü, başlanğıc və təyinat nöqtəsi üzrə çoxölçülü səviyyədə tələbi dəqiq
proqnozlaşdırmaq;
Pik İdarəetmə: Pik dövrlər və xüsusi hadisələr zamanı
tələb dəyişikliklərindən maksimum gəlir əldə etmək üçün effektiv strategiyalar hazırlamaq və tətbiq
etmək;
Rəqabət Analizi: Rəqib qiymətləri və bazar meyllərini izləyərək
imkanları və riskləri müəyyən etmək, zərurət olduqda strategiyaları yeniləmək;
Performans Analizi və Məlumat-əsaslı Tənzimləmələr: Gəlir göstəricilərini izləmək, mütəmadi
performans təhlilləri aparmaq və gəlirlərin artırılması üçün məlumatlara əsaslanan tövsiyələr hazırlamaq. Tələb
trendlərini təkmilləşdirmək, sistem nəticələrini təsdiqləmək və şəbəkə optimizasiyasını dəstəkləmək üçün dəqiq
O&D (Origin & Destination) məlumatlarını təmin etmək;
Əməkdaşlıq:
Qiymət və gəlir strategiyalarının ümumi biznes məqsədlərinə uyğun olmasını təmin etmək üçün Şəbəkə Planlaşdırması,
Alyans, Satış, E-kommersiya, Marketinq və Loyallıq proqramı komandaları ilə sıx əməkdaşlıq
etmək;
Sistemlər və Alətlər: Gəlirlərin optimallaşdırılması və
məlumatlara əsaslanan qərarların qəbulunu dəstəkləmək üçün gəlir idarəetmə proqramları və alətlərindən effektiv
istifadə etmək;
Davamlı İnkişaf: Gəlirlərin artırılmasına yönəlmiş proses
təkmilləşdirmələrini müəyyənləşdirmək və həyata keçirmək;
Layihələrdə
İştirak: Gəlir idarəetmə layihələrində tələb strategiyaları üzrə ekspert dəstəyi göstərmək.
Tələblər
Ali təhsil;
Revenue management sahəsində
minimum 2-3 il iş təcrübəsi;
Yüksək yazılı və şifahi ünsiyyət qurmaq
(kommunikasiya) bacarığı;
Təqdimat bacarıqlar;
Problemi həll etmə, analitik düşünmə, komanda ilə işləmə bacarığı;
Danışıqların aparılması bacarığı;
Məlumatlar
əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
Yeni bilik və
bacarıqları özündə inkişaf etdirmək həvəsi;
Dəyişikliklərə uyğunlaşmaq
bacarığı;
Microsoft Office proqramları (MS Word, PowerPoint, Excel – əla
səviyyədə);
Dil bilikləri: Azərbaycan dili (yüksək), Ingilis dili (
yüksək), Rus dili (orta).
İş qrafiki:
Həftə içi beş gün – 09:00-18:00 ( 2 gün istirahət)
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
