Vakansiya haqqında
Parkzone komandası parkinq və təhlükəsizlik
sistemləri avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyi sahəsində çalışacaq, məsuliyyətli,
operativ və inkişaf etməyə həvəsli mütəxəssis axtarır.
Vəzifə
öhdəlikləri
Layihələr üzrə kompüter şəbəkəsi və elektrik xətlərinin kabelləşmə işlərini həyata
keçirmək;
Video-müşahidə sistemlərinin və parkinq sisteminə aid
avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini təmin etmək;
Şlaqbaum, turniket, barmaq izi və kartlı girişə nəzarət sistemlərinin quraşdırılmasını və
texniki dəstəyini həyata keçirmək;
Mövcud texniki avadanlıqların
profilaktik baxışını və təmir işlərini yerinə yetirmək;
Texniki
nasazlıqları operativ şəkildə müəyyən etmək və aradan qaldırmaq;
Layihə
və texniki sxemlərə uyğun olaraq quraşdırma işlərini icra etmək.
Namizədə dair
tələblər
Layihə və texniki sxemlərlə işləmək bacarığı;
Ümumi elektrik və kompüter şəbəkələri üzrə baza bilikləri;
Təhlükəsizlik sistemlərinin quraşdırılması və texniki xidməti sahəsində minimum 1 il iş
təcrübəsi;
Yeni texnologiyaları öyrənmək və tətbiq etmək
bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı.
Vakansiya ilə maraqlanan və tələblərə uyğun
namizədlər CV-lərini mövzu hissəsində “Təhlükəsizlik sistemləri üzrə mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına
göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
