Vakansiya haqqında
Parkzone komandası parkinq və təhlükəsizlik sistemləri avadanlıqlarının quraşdırılması, sazlanması və texniki dəstəyində işləyəcək, məsuliyyətli və inkişaf etməyə həvəsli mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri
Layihələr çərçivəsində kompüter şəbəkəsi və elektrik xətlərinin kabelləşmə işlərini yerinə yetirmək;
Video-müşahidə sistemlərinin və parkinq sisteminə aid avadanlıqların quraşdırılmasını, sazlanmasını və texniki xidmətini təmin etmək;
Şlaqbaum, turniket, barmaq izi və kartla girişə nəzarət sistemlərinin quraşdırılması və texniki dəstəyini həyata keçirmək;
Mövcud texniki avadanlıqlara profilaktik baxış keçirmək və təmir işlərini icra etmək;
Texniki nasazlıqları vaxtında aşkar etmək və aradan qaldırmaq;
Quraşdırma işlərini layihə və texniki sxemlərə uyğun şəkildə həyata keçirmək.
Namizədə dair tələblər
Layihə və texniki sxemlərlə işləmək bacarığı;
Ümumi elektrik və kompüter şəbəkələri üzrə baza bilikləri;
Təhlükəsizlik sistemlərinin quraşdırılması və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi;
Yeni texnologiyaları öyrənmək və tətbiq etmək bacarığı;
Məsuliyyətli, intizamlı və operativ olmaq;
Komandada işləmək və səmərəli ünsiyyət qurmaq bacarığı.
Müraciət qaydası
Vakansiya ilə maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Təhlükəsizlik sistemləri üzrə mütəxəssis” yazmaqla Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
