Vakansiya haqqında
Təsvir
Şirkətimiz yanğın xəbərverici sistemlərin layihələndirilməsi,
quraşdırılması və istismarına nəzarət edəcək Yanğın Xəbərverici Sistemləri üzrə
Baş mütəxəssis axtarır. Namizəd sistemlərin auditinin aparılması, layihələrin
texniki idarə edilməsi, quraşdırma və təhvil proseslərinə nəzarət, risklərin müəyyənləşdirilməsi
və texniki hesabatların hazırlanmasını həyata keçirəcək.
Vəzifə öhdəlikləri
Yanğın
xəbərverici sistemlər üzrə audit yoxlamalarını təşkil etmək və aparmaq;
Layihələrin
icrasına və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
Yanğın
xəbərverici sistemlərin layihələndirilməsində iştirak etmək və texniki həlləri
qiymətləndirmək;
İş həcmlərini
müəyyənləşdirmək və texniki iş təsvirlərini hazırlamaq;
Texniki
tələbləri və ehtiyacları müəyyənləşdirmək, müvafiq həllər üzrə təkliflər
vermək;
Yanğın
xəbərverici sistemlərin quraşdırılması, texniki xidməti, konfiqurasiyası və
şəbəkə bağlantıları üzrə texniki sənədləri hazırlamaq və nəzarətdə
saxlamaq;
Sistemlərin
istismarına nəzarət etmək və texniki məlumatları təqdim etmək;
Layihələr
üzrə riskləri müəyyənləşdirmək, qiymətləndirmək və aidiyyəti şəxsləri məlumatlandırmaq;
Yanğın
xəbərverici sistemlərin quraşdırılması və təhvil prosesinə nəzarət etmək;
Sistemlərin
audit nəticələrini və texniki vəziyyətini qiymətləndirərək hesabatlar
hazırlamaq;
Avadanlıq
və materiallara olan tələbatı müəyyənləşdirmək, sifariş prosesinə nəzarət
etmək;
Hesabat
və texniki məruzələri hazırlamaq, nəticələri təhlil etmək və təkmilləşdirmə
tədbirləri üzrə təkliflər vermək;
İşlərin
təhlükəsizlik norma və standartlarına uyğun həyata keçirilməsinə nəzarət
etmək;
Görülən
işlərin və texniki proseslərin düzgün sənədləşdirilməsini təmin etmək.
Tələblər
Yanğın
təhlükəsizliyi, mühəndislik və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq
sahə üzrə ən azı 5 il iş təcrübəsi;
Yanğın
xəbərverici və aşağı gərginlik sistemlərinin layihələndirilməsi,
quraşdırılması, istismarı və texniki xidməti üzrə biliklər;
Təhlükəsiz
iş mühitinin təmin edilməsi və işlərin prosedur və standartlara uyğun təşkili
üzrə biliklər;
İnşaat,
mexaniki və elektrik çizgilərini oxumaq və başa düşmək bacarığı;
Bina
sistemlərinin qiymətləndirilməsi, layihələndirilməsi, quraşdırılması və işə
salınması prosesləri üzrə biliklər;
Analoq
və rəqəmsal sistemlər üzrə biliklər;
Word,
Excel, PowerPoint, AutoCAD və Outlook proqramlarında işləmək bacarığı;
Texniki
sənədləşdirmə və hesabatların hazırlanması bacarığı;
Analitik
düşünmə, problem həll etmə və qərarvermə bacarığı;
İşlərin
vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Könüllü
tibbi sığorta
İşçinin
inkişafı üçün təlim, tədris proqramları
Rəqabətli
əmək haqqı və bonus sistemi
Şəhər
mərkəzində ofis
Korporativ
tədbirlər
Korporativ
loyallıq proqramına üzvlük
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
