Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Sahələrdən daxil olan texniki məlumatların yoxlanılması, uyğunsuzluqların dəqiqləşdirilməsi və müvafiq texniki sənədlərdə düzgün əks olunmasının təmin edilməsi;
Layihələr üzrə görülmüş işlərin faktiki həcmlərinin texniki məlumatlar və sahə göstəriciləri əsasında sənədləşdirilməsi, Forma 2 (yerinə yetirilmiş işlərin aktı) sənədlərinin tələb olunan standartlara uyğun tərtib edilməsi və təsdiqə təqdim edilməsi;
Zəif axın və təhlükəsizlik sistemləri avadanlıqlarının yerləşmə planının AutoCAD proqramında hazırlanması;
Layihə qrupu və quraşdırma heyəti ilə koordinasiyalı şəkildə işləyərək, onların təqdim etdiyi texniki tapşırıqlara və sahə dəyişikliklərinə əsasən mövcud layihə çertyojlarına müvafiq düzəliş və əlavələrin edilməsi (AutoCAD).
Tələblər:
Ali təhsil (müvafiq sahə üzrə olması üstünlükdür);
Xanım və bəy namizədlər;
AutoCAD-proqramında işləmək bacarığı;
MC office proqramlarında sərbəst işləmək bacarığı;
İşində məsuliyyətli, operativ və dəqiq olmaq;
Komandada koordinasiyalı işləmə qabiliyyəti.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
5 günlük iş həftəsi;
Əmək haqqı 900-1200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Texniki sənədləşmə üzrə mütəxəssis (Zəif axın və təhlükəsizlik sistemlərinin quraşdırılması üzrə)” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
