Vakansiya haqqında
Decoliv komandamıza
qoşul!
Satınalma və təchizat proseslərinin effektiv idarə
olunmasını, etibarlı təchizatçı şəbəkəsinin formalaşdırılmasını və şirkətin ehtiyaclarının optimal şərtlərlə
qarşılanmasını təmin edəcək komanda yoldaşı axtarırıq.
Əsas vəzifə
öhdəlikləri
Şirkətin ehtiyaclarına uyğun yerli və xarici təchizatçıları araşdırmaq, potensial
tərəfdaşları müəyyənləşdirmək;
Təchizatçıların qiymət, keyfiyyət, ödəniş
və çatdırılma şərtlərini müqayisə etmək;
Təchizatçılarla qiymət, endirim,
kredit xətti, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq;
Alternativ təchizat mənbələrini və yeni bazar imkanlarını araşdırmaq;
Satınalma müqavilələrinin hazırlanmasında iştirak etmək, hüquqi və maliyyə şərtlərini
razılaşdırmaq;
Daxili şöbələrdən daxil olan satınalma tələblərini
toplamaq və təhlil etmək;
Təsdiqlənmiş tələblər əsasında təchizatçılara
rəsmi sifarişlər göndərmək;
Sifarişlərin icrasına, malların vaxtında
çatdırılmasına, daşınma və gömrük proseslərinə nəzarət etmək;
Müqavilə,
faktura və təhvil-təslim sənədlərini yoxlamaq, ödəniş prosesləri üzrə Maliyyə şöbəsi ilə koordinasiyanı təmin
etmək;
Alınan malların miqdar və keyfiyyət baxımından anbara düzgün
təhvil verilməsinə nəzarət etmək;
Məhsullarda uyğunsuzluq aşkarlandıqda
dəyişdirilmə və geri qaytarılma proseslərini idarə etmək;
Təchizatçıların
fəaliyyətini qiymət, keyfiyyət və çatdırılma göstəriciləri üzrə mütəmadi qiymətləndirmək;
Satınalma xərcləri və büdcənin icrası üzrə hesabatlar hazırlamaq.
Namizədə dair
tələblər
Ali təhsilə (iqtisadiyyat, biznesin idarə edilməsi, logistika və ya müvafiq sahələr
üzrə) malik olmaq;
Satınalma və təchizat sahəsində minimum 2 il iş
təcrübəsinə malik olmaq;
Yerli və beynəlxalq təchizat bazarlarını
araşdırmaq və təhlil etmək bacarığına malik olmaq;
Satınalma, müqavilə və
logistika prosesləri üzrə biliklərə malik olmaq;
Kommersiya təkliflərini
təhlil etmək və sərfəli satınalma şərtləri müəyyənləşdirmək bacarığına malik olmaq.
Biz nə təklif
edirik?
Rəqabətqabiliyyətli əməkhaqqı;
Nahar
təminatı;
Könüllü tibbi sığorta;
Peşəkar inkişaf və karyera imkanları;
Dinamik və
inkişaf edən komandada çalışma imkanı.
CV-nizi mövzu hissəsində “Təchizat üzrə
mütəxəssis” qeyd etməkləMüraciət etdüyməsində qeyd olunan elektron poçt ünvanına göndərə
bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
