Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

AT Geotech

Sahə əməliyyatları üzrə menecer

XırdalanMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Qazma layihələri üzrə sahə əməliyyatlarının təşkili və idarə edilməsi; Qazma qurğularının və işçi briqadaların layihələr üzrə düzgün bölgüsünün təmin edilməsi; Sahə işlərinin təsdiq edilmiş qrafikə uyğun, vaxtında və təhlükəsiz icrasına nəzarət edilməsi; Qazma əməliyyatlarının məhsuldarlıq göstəricilərinin izlənilməsi və təhlili; Sahədə yaranan əməliyyat problemlərinin müəyyənləşdirilməsi və həlli istiqamətində tədbirlərin görülməsi; İş prosesində istifadə olunan resursların səmərəli idarə olunması; Sahə işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi; Müvafiq struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi. Tələblər Qazma əməliyyatları sahəsində müvafiq iş təcrübəsi; Sahə işlərinin təşkili və idarə edilməsi üzrə minumum 3 il iş təcrübəsi; Ezamiyyətə açıq olmaq; Komanda idarəetmə və operativ qərarvermə bacarığı; Analitik düşünmə və problemləri həll etmə qabiliyyəti; İşlərin planlaşdırılması və icrasına nəzarət bacarığı; Məsuliyyətlilik, çeviklik və nəticəyönümlülük. İş yeri: Xırdalan İş qrafiki: 6 günlük Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.