Vakansiya haqqında
İş yeri: Bakı
Vəzifənin məqsədi
Şirkətin öz avtoparkı və kənar daşıyıcılarla həyata keçirilən yükdaşımaların idarə olunması, nəqliyyat əməliyyatlarının planlaşdırılması, sürücülərin işi, sənədləşmə, texniki xidmət və daşımaların vaxtında yerinə yetirilməsinə nəzarət etmək.
Əsas vəzifə öhdəlikləri
Şirkətə məxsus yük avtomobilləri və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin təşkili.
Sürücülərin işinin koordinasiyası, fəaliyyətinə və nəqliyyat vasitələrinin hərəkətinə nəzarət edilməsi.
Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin seçilməsi, daşıma tariflərinin razılaşdırılması.
Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkil olunması və izlənməsi.
CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla sənədlərin hazırlanması və yoxlanılması.
Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.
Avtomobillərin texniki vəziyyətinə, təmirinə və texniki baxış proseslərinə nəzarət.
Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili.
Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi.
Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli.
Namizədə tələblər
Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi.
Dispetçer kimi iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.
Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.
Ağırtonnajlı və iri qabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.
Sürücüləri və kənar daşıyıcıları idarə etmək bacarığı.
Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.
Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.
MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.
Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.
İş şərtləri
Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.
Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi.
Əsas gözləntimiz
Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir.
CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
