Vakansiya haqqında
İş yeri: Bakı
Vəzifənin məqsədi
Şirkətin öz avtoparkının və kənar daşıyıcılarla həyata keçirilən yükdaşımaların
idarə edilməsi, nəqliyyat əməliyyatlarının planlaşdırılması, sürücülərə, sənədləşməyə, texniki xidmətə və
daşımaların vaxtında icrasına nəzarət.
Əsas vəzifə öhdəlikləri
Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və
gündəlik fəaliyyətinin idarə edilməsi.
Sürücülərin işinin təşkili,
fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət.
Müştəri yüklərinin
daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin
razılaşdırılması.
Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili
və nəzarətdə saxlanılması.
CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri
daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması.
Yol polisi,
nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.
Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə
nəzarət.
Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə
əməkdaşlığın təşkili.
Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat
səmərəliliyinin izlənilməsi.
Gündəlik hesabatların hazırlanması və
əməliyyat problemlərinin operativ həlli.
Namizədə tələblər
Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş
təcrübəsi.
Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat
vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.
Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.
Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.
Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı.
Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.
Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.
MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.
Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.
İş şərtləri
Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.
Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi.
Əsas gözləntimiz
Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən
daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin
operativ həllini təmin etməlidir.
CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd
etməkləMüraciət etdüyməsində
qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
