Vakansiya haqqında
Əsas vəzifələr
Şirkətə gələn qonaqları peşəkar və nəzakətli şəkildə qarşılamaq, zəruri məlumatları təqdim etmək və onları aidiyyəti şəxslərə və ya struktur bölmələrə yönləndirmək.
Ofisə daxil olan qonaqların qeydiyyatını aparmaq, giriş-çıxış prosedurlarına və müəyyən edilmiş təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək.
Şirkətin ümumi əlaqə nömrəsinə daxil olan zəngləri cavablandırmaq, müraciətləri operativ şəkildə emal etmək və zərurət olduqda aidiyyəti şəxslərə yönləndirmək.
Daxil olan və göndərilən məktubların, kuryer göndərişlərinin və digər sənədlərin qəbulunu, qeydiyyatını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək.
Şirkətin daxili qayda və prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələblər
Tam orta və ya ali təhsil.
MS Office proqramlarından (Word, Excel, Outlook) yaxşı səviyyədə istifadə bacarığı.
Şifahi ünsiyyət və komandada işləmək bacarığı.
Qonaqlar, əməkdaşlar və digər müraciət edən şəxslərlə peşəkar, nəzakətli və gülərüz ünsiyyət qurmaq bacarığı.
Məsuliyyətlilik, diqqətlilik, dəqiqlik və təşkilatçılıq bacarığı.
Çoxsaylı gündəlik tapşırıqları düzgün prioritetləşdirmək və dinamik iş mühitində operativ fəaliyyət göstərmək bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
