Vakansiya haqqında
Əsas vəzifələr
Avadanlığın müntəzəm və texniki cəhətdən düzgün, etibarlı işini, onun növbəliliyinin artırılmasını, tələb olunan dəqiqlik səviyyəsində işləmə qabiliyyətində olmasının təmini
Növbə ərzində növbə rəisinin verdiyi tapşırıqları vaxtında və düzgün yerinə yetirməlidir
Növbə ərzində sexin nəzarət - ölçü cihazlarının etbarlı və düzgün işləməsinə cavabdehlik daşımaq
Növbə ərzində təsdiqlənmiş qrafikə uyğun olaraq avadanlıqlara nəzarət etmək
Avtomatika və elektronika avadanlılqları ilə bağlı problemləri diaqnostika etməyi bacarmalı və həlli yönündə qərar verilməsi
TİQ və TTQ qaydalarına ciddi riayət etməklə lazım olduqda növbə rəisi ilə elektrik sexindəki əməliyyatları aparmaq
Avtomatik idarəetmə və elektronika cihazlarında nasazlıq baş verdiyi zaman təmiri və yenidən işə salınmasını təmin etmək
Tələblər
Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını
Yanğın təhlükəsizliyi qaydalarını
YG, OG və AG elektrik avadanlıq-qurğularının istismarını (Generator, transformator, eleqaz açarları,ayrıcı, İGM və s. )
PLC-lər haqqında ümumi məlumat
Kontaktor və mühərriklərin bağlantı sxemlərini
Elektrik avadanlıqlarına nəzarət
Stansiyanın alçaq və yüksək gərginlikli elektrik sxemlərini
Sabit və dəyişən cərəyan mənbələrinin sxemlərini
UPS-lərin iş prinsipini və sxemlərini
Tezlik çeviriciləri haqqında ümumi məlumat (ABB, Danfoss, Vacon NXS)
Elektronika, nəzarət ölçü cihazlarını və avtomatika vasitələrini təyinatını, quruluşunu və onların işləmə prinsiplərini
Aktuatorların növünə görə klapanlar, pnevmatik və elektrikli klapanlar, onların iş prinsipləri
Əməliyyat ardıcıllığını
Torpaqlama sistemləri haqqında ümumi məlumat
Daxiliyanma mühərriklərinin iş prinsiplərini
UNIC avtomatika sistemi və modulları haqqında ümumi məlumat
Kompressorların iş prinsiplərini, istismar qaydalarını
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
