Vakansiya haqqında
Təsvir
Baqaj lentlərinin, teleskopik trapların və digər texnoloji avadanlıqların texniki
vəziyyətinə mütəmadi nəzarət etmək;
Avadanlıqlarda yaranan nasazlıqları
vaxtında aşkar etmək və onların aradan qaldırılmasını təmin etmək;
Avadanlıqların fasiləsiz və etibarlı fəaliyyətini təmin etmək məqsədilə profilaktik texniki
baxış və planlı təmir işlərini həyata keçirmək;
Elektron və
avtomatlaşdırılmış idarəetmə sistemlərinin saz və işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
Texniki xidmət və təmir işlərini əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına uyğun
həyata keçirmək;
Görülmüş texniki xidmət və təmir işləri üzrə müvafiq
hesabatların hazırlanmasında iştirak etmək;
Şöbə rəhbərliyi tərəfindən
vəzifə öhdəliklərinə uyğun verilən digər tapşırıqları icra etmək.
Tələblər
Ali təhsil (Elektronika, elektrik mühəndisliyi, avtomatika və ya digər əlaqəli
texniki ixtisaslar);
Müvafiq sahədə minimum 3 il iş
təcrübəsi;
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1
səviyyəsində, rus dili – arzuolunandır (Texniki ingilis dili biliyi (avadanlıqların istismarı, texniki sənədlərin
oxunması və beynəlxalq standartlarla işləmək üçün üstünlük kimi qiymətləndirilir);
Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Problemlərin
həlli bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşma
bacarığı;
Komandada işləmək bacarığı.
İş qrafiki:
Növbəli
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan
namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət
edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
