Vakansiya haqqında
Təsvir
Hava limanı ərazisində həyata keçirilən cari təmir işlərinin təşkilini və icrasına nəzarəti həyata keçirmək;
Təmir işlərinin təsdiq edilmiş layihələrə, texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun yerinə yetirilməsini təmin etmək;
İcra olunmuş təmir işlərinin həcmini və keyfiyyətini yoxlamaq, təhvil-təslim prosesində iştirak etmək;
Təmir işlərinin icrası ilə bağlı podratçı və icraçı təşkilatlarla koordinasiyanı təmin etmək;
Görülmüş təmir işləri üzrə müvafiq texniki sənədləri və hesabatları hazırlamaq;
Təmir işləri zamanı aşkar edilmiş nöqsan və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
Təmir işlərinin gedişi və nəticələri barədə rəhbərliyə mütəmadi məlumat və hesabatlar təqdim etmək.
Tələblər
Ali təhsil;
Minimum 2 il iş təcrübəsi (Tikinti-təmir işlərinin təşkili və texniki nəzarəti sahəsində iş təcrübəsinin olması arzuolunandır);
Dil bilikləri: Azərbaycan dili – səlis, ingilis dili – B1 səviyyəsində, rus dili – arzuolunandır;
Kompüter bilikləri: MS Word, MS Excel və MS PowerPoint;
Yazılı və şifahi ünsiyyət bacarıqları;
Problemlərin həlli bacarığı;
Təqdimat bacarıqları;
Öyrənmə qabiliyyəti;
Dəyişikliklərə uyğunlaşma bacarığı;
Komandada işləmək bacarığı.
İş qrafiki:
5 günlük
İş yeri:
Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
