Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azerbaijan Airlines

Hava Limanları İnfrastrukturu İdarəsi/Əsaslı tikinti, inkişaf və texniki təkmilləşdirmə şöbəsi/İnşaat üzrə aparıcı mühəndis

Maaş göstərilməyib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir Tikinti və cari təmir işləri üzrə iş həcmlərini yerində baxış və texniki sənədlər əsasında müəyyən etmək, ölçmə və hesablama işlərini aparmaq; Tikinti və təmir işlərinin mövcud vəziyyətini qiymətləndirmək, aşkar edilmiş qüsur və çatışmazlıqları müəyyənləşdirmək, qüsur aktlarını hazırlamaq; Tikinti işlərinin təsdiq edilmiş layihələrə, texniki şərtlərə, tikinti norma və standartlarına uyğun həyata keçirilməsinə texniki nəzarət etmək; Görülən işlərin keyfiyyətinə, həcminə, istifadə olunan tikinti materiallarının və tətbiq edilən texnologiyaların texniki tələblərə uyğunluğunu yoxlamaq; Layihələr üzrə tikinti və təmir işlərinin planlaşdırılması, təşkili və icrasına nəzarət prosesində iştirak etmək; Podratçı təşkilatlar tərəfindən yerinə yetirilən işlərin texniki baxımdan qiymətləndirilməsini həyata keçirmək; Aşkar edilmiş qüsur və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək; Tikinti və təmir işləri üzrə texniki sənədləri, hesabatları, ölçü cədvəllərini və müvafiq aktları hazırlamaq; Müasir inşaat texnologiyalarının və səmərəli texniki həllərin tətbiqi ilə bağlı təkliflər vermək; Tikinti işlərinin müəyyən edilmiş qrafikə, keyfiyyət göstəricilərinə və texniki tələblərə uyğun icrasını təmin etmək; Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək; Görülmüş işlər, texniki məsələlər və aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat və hesabatlar təqdim etmək; Birbaşa rəhbər tərəfindən vəzifə səlahiyyətləri çərçivəsində verilən digər tapşırıqları yerinə yetirmək. Tələblər Təhsil: İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik ixtisası üzrə bakalavr dərəcəsi; İş təcrübəsi: İnşaat, tikinti və ya cari təmir işləri sahəsində minimum 2 il iş təcrübəsi; Tikinti və təmir işlərinin təşkili, iş həcmlərinin hesablanması və qüsur aktlarının hazırlanması üzrə praktiki biliklər; Tikinti norma və standartları, texniki şərtlər, layihə sənədləri və tikinti materiallarının xüsusiyyətləri barədə biliklər; Tikinti və təmir işlərinə texniki nəzarət, işlərin keyfiyyətinin qiymətləndirilməsi və qüsurların müəyyən edilməsi bacarığı; Texniki sənədlərin, hesabatların və müvafiq aktların hazırlanması və tərtib edilməsi bacarığı; MS Word, MS Excel və MS Outlook proqramları ilə işləmək bacarığı; Azərbaycan dilini əla səviyyədə bilmək; Yüksək ünsiyyət və danışıqlar aparmaq, qərarvermə və problem həll etmə bacarıqları; Komandada işləmək, dəyişikliklərə uyğunlaşmaq və yeni bilikləri mənimsəmək qabiliyyəti; Sahədə operativ qərarvermə, analitik düşünmə və işlərin prioritetləşdirilməsi bacarığı. İş yeri: Heydər Əliyev adına Beynəlxalq Hava Limanı İş rejimi: 5 günlük Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Smeta mühəndisi (Tikinti / İnşaat sahəsi)

Real İnşaat MMC

2500

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Mühəndislik və Texniki Sahələr
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Xərclərə nəzarət üzrə aparıcı mühəndis

Uni Ko QSC

Maaş göstərilməyib

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Mühəndislik və Texniki Sahələr
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.